Salam, Qırmızı Ürək!

Biz “Red Hearts” (“Qırmızı Ürəklər”) Fondu olaraq qeyri-kommersiya və qeyri-hökumət təşkilatı kimi ehtiyacı olan insanların həyatına, həyatın müxtəlif sahələrinə dəyər qatmağı hədəfləyirik. “Etdiyimiz gözəl əməllər bizə geri qayıdır” şüarı ilə fəaliyyət göstərərək cəmiyyətin inkişafına və rifahına, ətraf mühitin və heyvanların mühafizəsinə yönəldilmiş layihələr həyata keçiririk.

Missiyamız 

İctimai və sosial əhəmiyyətli, cəmiyyətimiz üçün həssas və vacib olan məsələlərlə əlaqədar sosial təşəbbüslərin, maarifləndirmə, təlim-tədris, sosial yönümlü aksiyaların, layihələrin həyata keçirilməsidir.

 


Vizyonumuz

Dünyəvi dəyərlər və müasir idarəetmə üsulları ilə yardımsevər cəmiyyət üzvlərini xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirən bir qurum olmaq.

Biz necə yarandıq?

“Red Hearts” 2020-ci ilin əvvəlində Kapital Bank-ın əməkdaşlarından ibarət kiçik könüllü qrupu kimi fəaliyyətə başladı. Çox qısa müddət ərzində cəmi 49 nəfərdən ibarət olan təşəbbüs qrupu yardımsevər, xeyriyyəçi insanları ərtafına toplayaraq üzvlərinin sayını 200 nəfərə çatdırdı. Öz xeyriyyə təşəbbüsünü bütün ölkəyə yayan “Red Hearts” komandası Vətən müharibəsində iştirak edən əsgər, qazi, şəhid ailələrinə və övladlarına davamlı olaraq maddi və mənəvi yardım göstərdi. Qrupun üzvləri “COVID-19” virusu ilə əlaqədar tətbiq olunan karantin rejimi müddətində, eləcə də bayramlarda, xüsusi günlərdə minlərlə ailəyə dəstək əllərini uzatdılar.


Bunun nəticəsi olaraq xeyli böyüyən təşəbbüs qrupu 2020-ci ilin dekabr ayının 15-də “Red Hearts” Fondu olaraq rəsmi şəkildə qeydiyyata alındı. Hazırda ölkəmizin vətəndaşları ilə yanaşı, xaricdə yaşayan azərbaycanlılar da cəmiyyətimizin ən çox dəstəyə ehtiyacı olan üzvlərinə yardım etmək üçün Fonda müraciət edir, onun fəal üzvlərinə çevrilirlər.

İanə olunmuş məbləğ

0
AZN

Etdiyimiz layihələr

0
ədəd

Donor sayı

0
nəfər

Yardım alanlar

0
nəfər

Könüllü komandamız

0
nəfər