Aktiv Aksiyalar

Davam edən aksiyalardan birinə ianə edərək cəmiyyətimizə, ətraf-mühitə və heyvanlara ayırdığımız xüsusi diqqətin bir parçası ola bilərsiniz.

Cəmiyyət

Gələcəyi quranlar üçün sən də "Onu Oxut" aksiyasına ianə et! Qırmızı Ürəklər Fondunun əsas istiqamətlərindən biri də sosial həssas qrupdan olan insanların təhsilinə dəstək verərək savadlı və xüsusi istedadlı gənclərin yetişdirilməsi, onların qayğı ilə əhatə olunması və inkişafını təmin etməkdir. Fond addım-addım maraqlı tərəflərlə təhsili dəstəkləyən əməkdaşlıqlar qururaraq, ianələrinizi ölkəmizin işıqlı və parlaq gələcəyinə yönləndirərək onlar üçün yeni bir yol açır. Bu istiqamətdə fond “Qırmızı Ürəklər Təhsil Tələbə Təqaüd Proqramını” həyata keçirir.

2336 AZN / 50000 AZN

5 %

İanə et
Cəmiyyət

Qırmızı Ürəklər Fondu Zəfər Günü münasibətilə “Zəfər Payı” sosial aksiyasını həyata keçirir. Bu təşəbbüsün məqsədi aztəminatlı 1-ci və 2-ci Qarabağ müharibəsi iştirakçılarının ailələrinə dəstək göstərmək və cəmiyyətimizdə paylaşma, həmrəylik ruhunu daha da gücləndirməkdir.

Aksiya çərçivəsində toplanan ianələr nəticəsində ərzaq paketləri hazırlanaraq ölkəmizin müxtəlif şəhər və rayonlarında yaşayan aztəminatlı müharibə iştirakçılarının ailələrinə fondun könüllüləri tərəfindən çatdırılacaq. Verilən hər ianə bu ailələrin üzündə sevinc yaratmağa, onların sosial rifahına dəstək olmağa xidmət edir.

AZN / 17500 AZN

0 %

İanə et
Cəmiyyət

Fondun 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl ərəfəsində şəhid övladları üçün həyata keçirtdiyi ənənəvi “Onlar bizə əmanətdir” layihəsinin əsas məqsədi 0-16 yaş aralığında olan bütün şəhid övladlarına ataları adından hədiyyələr göndərməkdir. Məqsəd onlara bu xüsusi gündə sevinc bəxş etməkdir. Çünki biz bunu gözəl anlayırıq ki, onlar bizə əmanətdir.

14781 AZN / 50000 AZN

30 %

İanə et
Cəmiyyət

Bizim üçün tarix yazmış, torpaqlarımızı azad etmiş qəhrəmanlarımıza bitməz borcumuz var. Həcmi kiçik, mənası böyük olan bu aksiyanın əsas məqsədi qəhrəman şəhid və qazilərimizin ailələrinin rifahını yaxşılaşdırmaq və sosial təminatına dəstək verməkdir. Bu xeyirxah missiyanın təməlində illər boyunca həsrətini çəkdiyimiz torpaqları bizə bəxş olunmasında rolu olan "Tarix yazan qəhrəmanlarımız"-ın əziz xatirəsini daim yad etmək, onların bizlər üçün etdiklərini qiymətləndirməkdir. Aksiyaya ianə et, bu gözəl əməldə sənin də payın olsun!

10219 AZN / 50000 AZN

21 %

İanə et
Ətraf mühit

Qarabağımız uğrunda aparılan haqq savaşı, 44 gün davam edən Vətən Müharibəsi Azərbaycan xalqının yaddaşına əbədi olaraq həkk olundu. Torpaqlarımızın azadlığı yolunda canından keçən zabit, gizir və əsgərlərimizin xatirəsini əbədiləşdirmək üçün “Qəhrəmanlar Bağı” layihəsinə başladıq. Layihə çərçivəsində Azərbaycanın bölgələrində hər rayonun 1991-2021-ci illər ərzində şəhid olmuş qəhrəmanların sayına uyğun ağaclar əkilərək kiçik meşələr yaradılır. “Qəhrəmanlar Bağ”larının tezliklə bütün ölkəmizi əhatə etməsi planlaşdırılır. Bağların salınmasında əsas məqsəd ziyarət edən insanlara Qarabağımıza igid soydaşlarımızın qanı bahasına qovuşduğumuzu bir daha xatırlatmaqdır.

21881 AZN / 25000 AZN

88 %

İanə et
Heyvanlar

4 oktyabr — Ümumdünya heyvanların mühafizəsi gününə həsr olunmuş “Pəncəli ürəklər” adlı yeni aksiyamıza start verdik. Aksiya çərçivəsində edilən ianələr paytaxtımızın sahibsiz heyvanlarının qida və müalicə ehtiyaclarının qarşılanmasına yönəldiləcək. Təşəbbüsün əsas məqsədi insanlarda küçə heyvanlarına qarşı şəfqət hissi yaratmaq, şəhərimizin dördayaqlı sakinlərinin rifahını və sağlamlığını təmin etməkdir. Aksiyaya ianə edin, “Pəncəli ürəklər”in sizin dəstəyinizə ehtiyacı var.

545 AZN / 5000 AZN

11 %

İanə et