Qarabağımız uğrunda aparılan haqq savaşı, 44 gün davam edən Vətən Müharibəsi Azərbaycan xalqının yaddaşına əbədi olaraq həkk olundu. Torpaqlarımızın azadlığı yolunda canından keçən zabit, gizir və əsgərlərimizin xatirəsini əbədiləşdirmək üçün “Vətən Bağı” layihəsinə başladıq. Layihə çərçivəsində Azərbaycanın bölgələrində hər rayonun 1991-2021-ci illər ərzində şəhid olmuş qəhrəmanların sayına uyğun ağaclar əkilərək kiçik meşələr yaradılır. “Vətən Bağ”larının tezliklə bütün ölkəmizi əhatə etməsi planlaşdırılır. Bağların salınmasında əsas məqsəd ziyarət edən insanlara Qarabağımıza igid soydaşlarımızın qanı bahasına qovuşduğumuzu bir daha xatırlatmaqdır.
21881 AZN / 25000 AZN
88 %