İşlənmiş batareyaların utilizasiyası

Batareyaları təhvil ver, təbiəti qoru! Əziz dost, istifadə edilmiş batareyaların nə dərəcədə təhlükəli olduğundan yəqin ki, xəbərdarsız. Müasir dünyanın ən aktual və mühüm məsələlərindən biri ekoloji problemlər və onların törətdiyi fəsadlardır. Bu səbəblərin ən önəmlilərindən biri və bəlkə də qarşısının alınması üçün ən az təbliğ olunanı elektrik batareyaları kimi təhlükəli məişət tullantılarının düzgün utilizasiya olunmamasıdır. Onların tərkibində olan civə kimyəvi turşular və ağır metallar torpağa və suya qarışdıqda çox ciddi çirklənmə təhlükəsi yaradır. "Batareyaları təhvil ver, təbiəti qoru” layihəsini Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BRAVO marketlər şəbəkəsinin dəstəyi ilə icra edirik. BRAVO marketlər şəbəkəsində işlənmiş batareyaların toplanması üçün tullantı batareya qutuları yerləşdiriləcək. Vətəndaşlar tərəfindən məişətdə istifadə olunan batareyalar toplanaraq "Təhlükəli Tullantılar" MMC-yə təhvil veriləcək.

Qəbul məntəqələri

Ətraf mühit

Ətraf mühit

  • Ətraf mühitin mühafizəsi sahəsində müxtəlif maarifləndirmə aksiyalarının təşkili;
  • Çay, meşə, dağ, dəniz, göl və şəhərətrafı ərazilərdə müxtəlif təmizlik aksiyalarının təşkili;
  • Ölkənin müxtəlif şəhər və rayonlarında kütləvi ağacəkmə aksiyalarının keçirilməsi;
  • Tullantıların effektiv idarə olunmasına dəstək məqsədilə, təkrar emal proseslərinin həyata keçirilməsi;
  • Əhali arasında ətraf mühitin mühafizəsi səriştəsini yaratmaq məqsədilə müxtəlif sosial çarxların hazırlanması;
  • Meşə ərazilərində quşlar üçün kiçik evciklərin yaradılması;
  • Polietilen paketlərin zərərinin qarşısını almaq üçün zərərsiz və təbii materiallardan əldə edilmiş qablaşdırma məhsullarının istehlakçılar arasında təbliğ edilməsi.