Komandamız

İdarə Heyəti

Yusif Poladov

Yusif Poladov

Prezident

Yusif Poladov

Prezident

Yusif Poladov 27.09.1993-cü ildə Əli Bayramlı (Şirvan) şəhərində anadan olub.

2000-2011-ci illərdə Şirvan şəhər Məftun Osmanov adına 20 saylı tam orta məktəbdə təhsil alıb. Məktəbi fərqlənmə ilə bitirib. 2011-ci ildə T.C Anadolu Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub və bakalavr pilləsinin məzunudur. 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət Rəhbər Kadrlarının Hazırlanması İnstitutunun "Dövlət gənclər siyasəti" üzrə ixtisasartırma proqramının, 2016-cı ildə Paris Sorbon Universiteti Panteon I Sorbon Biznes Məktəbi fakültəsi tərəfindən təşkil edilən TOT Sarbon Akademiyasının məzunudur. Məktəb illərindən ictimai fəaliyyətə başlayan Yusif Poladov 2009-cu ildə bir qrup Şirvan gənci ilə birgə "Gənc Liderlər və Uşaqların İnkişafına Dəstək" İctimai Birliyini təsis edib və sədri seçilib. 2013-2016-cı illərdə "Gənclər üçün Təhsil Mərkəzi" Aran Regional ofisinin direktoru olaraq çalışıb. 2014-2019-cu illər ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (Azərbaycan Gənclər Fondu) dəstəyi ilə icra olunan bir neçə layihəyə rəhbərlik edib. 2016-2017-ci illərdə Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunda (UNİCEF) konsultant, 2018-2019-cu illərdə "İnteqrasiya olunmuş sosial xidmətlər" modelinin regional koordinatoru vəzifəsində çalışıb. 2019-cu ildə Azərbaycan Gənclər Fondu tabeliyində yaradılan Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Regionların İnkişafı Departamenti”nin koordinatoru vəzifəsinə təyin edilib. 01.03.2021-ci il tarixinə qədər həmin vəzifədə çalışaraq regionlarda dövlət gənclər siyasətinin həyata keçirilməsində yaxından iştirak edib. 10.03.2021-ci il tarixində Kapital Bank ASC-nin Marketinq idarəsinin Marketinq ekspert mərkəzinin Daxili kommunikasiya prosesinin daxili kommunikasiya üzrə eksperti vəzifəsinə təyin edilib. 11.10.2021-ci il tarixindən təsisçisi Kapital Bank ASC olan "Qırmızı Ürəklər" Fondunun vitse prezidenti təyin edilib. 01.11.2023-cü il tarixində Kapital Bank ASC-nin Daxili kommunikasiya şöbəsinin Korporativ sosial məsuliyyət bölməsinin baş mütəxəssisi təyin edilib. 15 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Seçki prosesində 336 vətəndaş cəmiyyəti institutu nümayəndəsi iştirak edib. İctimai Şuraya namizədliyi qeydə alınmış 38 nəfər vətəndaş cəmiyyəti institutunun nümyəndəsinin iştirak etdiyi seçkidə Qırmızı Ürəklər Fondunun (“Red Hearts”)  vitse-prezidenti Yusif Poladov 185 səslə birinci mərhələdə ictimai şuraya üzv seçilib. 30 aprel 2024-cü il tarixində Qırmızı Ürəklər Fondunun Himayəçilik Şurasının qərarı ilə Yusif Poladov fondun prezidenti təyin edilib.

 

Himayəçilik Şurası

Günel Mavliyarova

Günel Mavliyarova

Himayəçilik Şurasının Sədri

Günel Mavliyarova

Himayəçilik Şurasının Sədri

Günel Mavliyarova 15 noyabr 1983-cü ildə anadan olub. Orta təhsilini Anadolu Türk Liseyində və Amerikada alıb. 2005-ci ildə Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsini bakalavr, 2007-ci ildə isə həmin universitetin “Beynəlxalq jurnalistika” fakültəsini magistr dərəcəsi üzrə bitirib. 2017-ci ildə ADA Universite və “Maastricht School of Business”in birgə proqramı əsasında MBA təhsili almışdır. 2014-cü ildən Kapital Bank-da işləyir. 2016-cı ildən bankın Marketinq departamentinin direktoru daha sonra isə Marketinq Ekspert Mərkəzinin lideri vəzifəsində işləyir.

Günel Mavliyarova 15 noyabr 1983-cü ildə anadan olub. Orta təhsilini Anadolu Türk Liseyində və Amerikada alıb. 2005-ci ildə Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsini bakalavr, 2007-ci ildə isə həmin universitetin “Beynəlxalq jurnalistika” fakültəsini magistr dərəcəsi üzrə bitirib. 2017-ci ildə ADA Universiteti və “Maastricht School of Business”in birgə proqramı əsasında MBA təhsili almışdır. 2014-cü ildən Kapital Bank-da işləyir. 2016-cı ildən bankın Marketinq departamentinin direktoru, daha sonra isə Marketinq Ekspert Mərkəzinin lideri vəzifəsini icra edir.

Sevda Haqverdiyeva

Sevda Haqverdiyeva

Himayəçilik Şurasının üzvü

Sevda Haqverdiyeva

Himayəçilik Şurasının üzvü

Sevda Haqverdiyeva 9 aprel 1977-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1994-1998-ci il arası Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində bakalavr təhsilini, 1998-2000-ci arası isə eyni adlı fakültədə magistr təhsilini başa vurub. Elə oxuduğu müddətdən etibarən xeyriyyə fəaliyyəti ilə məşğul olaraq tələbə yoldaşları ilə valideyn himayəsindən məhrum olmuş uşaqlara ingilis dili dərsləri keçmişdir.

25 illik iş təcrübəsinə malik Sevda, karyerasının başlanğıcında 2000–2010-cu illərdə Azercell Telecom MMC-də Müştəri Xidmətləri Departamentində müxtəlif vəzifələrdə çalışmışdır. O, 2004-cü ildə Azercell Akademiyasının ilk beynəlxalq təlimçi akreditasiyasından keçmiş təlimçilərindən biri olmuşdur və dünyanın bir çox ölkələrində təlimlər keçirmişdir. Karyerasını beynəlxalq təcrübə ilə Özbəkistanın paytaxtı Daşkənddə “Telia Company”-nin törəmə şirkəti olan “UCELL” şirkətində davam etdirib. Ölkə xaricində işlədiyi müddətdə belə könüllü qrup yaradaraq daun sindromlu, aztəminatlı və qan xəstəliyindən əziyyət çəkən şəxslər üçün müxtəlif xeyirxah layihələr həyata keçirmişdir. 2016-2019-cu illər ərzində vətənə geri dönərək Azercell Telecom MMC-də, 2019-cu ildən bu günədək Kapital Bank ASC-də işləyir.

Hazırda isə Sevda “Daxili Kommunikasiya” prosesinin rəhbəri vəzifəsində çalışır. Bankda işlədiyi ilk müddətlərdən bankın dəstəyi ilə “Qırmızı Ürəklər” təşəbbüs qrupunu yaratmış və bir çox xeyirxah insanı öz ətrafına toplamışdır. Sevda Haqverdiyevanın rəhbərliyi ilə fəaliyyətini genişləndirən və böyük çaplı işlər görən təşəbbüs qrupu 2020-ci ilin dekabr ayından etibarən fond statusu almışdır. Sevda Haqverdiyeva 15.12.2020-ci il tarixindən 30.04.2024-cü il tarixinə qədər fondun prezidenti olaraq fəaliyyət göstərmişdir. Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2024-cü il 7 mart tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. 30.04.2024-cü il tarixindən etibarən əmək fəaliyyətini Beynəlxalq Maliyyə Korporasiyasında (International Finance Corporation) davam etdirir,  həmçinin Qırmızı Ürəklər Fondunun Himayəçilik Şurasının üzvüdür.

Ələkbər İsmayılzadə

Ələkbər İsmayılzadə

Himayəçilik Şurasının üzvü

Ələkbər İsmayılzadə

Himayəçilik Şurasının üzvü

Ələkbər İsmayılzadə Bakı Dövlət Universitetini bakalavr və magistr dərəcəsi üzrə bitirmiş, habelə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və kredit" ixtisası üzrə təhsil almışdır.
Ələkbər İsmayılzadə karyersına 2005-ci ildən Azərbaycan Respublikası Mərkəzi Bankda başlamış, 2017-ci ildən karyerasını “Kapital Bank” ASC-də davam etdirərək bankın Hüquq Departamentinin direktoru vəzifəsinə kimi yüksəlmişdir.

Məmmədəli Məmmədov

Məmmədəli Məmmədov

Himayəçilik Şurasının üzvü

Məmmədəli Məmmədov

Himayəçilik Şurasının üzvü

1 fevral 1983-cü ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasının məzunudur. 2005-ci ildə ali məktəbi bitirən kimi hərbi xidmətə yollanıb.

Əmək fəaliyyətinə 1999-cu ildə ANS ÇM radiostansiyasında aparıcı qismində başlayıb. Daha sonra teleaparıcısı, redaktor və kinossenarist kimi fəaliyyət göstərib. Hal-hazırda İctimai Radionun proqram direktoru, MANPASI səhər şousunun aparıcı və yaradıcılarından biri, “Milyonların şousu”, “Breyn-Rinq” verilişlərinin aparıcısıdır. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 2019-cu il tarixli sərəncamına əsasən televiziya və radio sahəsində səmərəli fəaliyyətinə görə Tərəqqi medalına layiq görülmüşdür.
 

Günay Məsimova

Günay Məsimova

Himayəçilik Şurasının üzvü

Günay Məsimova

Himayəçilik Şurasının üzvü

Günay Məsimova 16 iyul, 1977-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
1994-1998-ci il arası Bakı Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsində bakalavr təhsilini, 1998-2000-ci arası isə eyniadlı fakültədə magistr təhsilini fərqlənmə ilə başa vurub.
Magistr təhsilini aldığı müddətdə, Günay Açıq Cəmiyyət İnstitutunun mədəniyyət və incəsənət şöbəsində işə düzəlir və Azərbaycandakı təhsilni bitirdikdən sonra Böyük Britaniyaya, Kembric üniversitetində sənətşünaslıq sahəsi üzrə tədqiqat proqramında iştirak üçün yola düşür. Azərbaycana qayıtdıqda, öz aldığı təcrübədən qaynaqlanaraq artıq xaricdə təhsil sahəsində karyerasını davam etmək qərarını verir və Bakı Təhsil Məlumat Mərkəzində (BEİC) işə başlayır.

Bütün bu işlədiyi müddət ərzində Günay ABŞ, Böyük Britaniya və dünyanın bir çox ölkələrində Təhsilin idarəetməsi, inkişafı mövzularında təkmilləşmə proqramlarında, konfranslarda, beynəlxalq tədbirlərdə, layihələrdə iştirak edir, dünyanın ən nüfuzlu universitetlərinə, təhsil müəssisələrinə səfərlər edir, öyrənir və öyrədir. Bu illər ərzində həm də Azərbaycanda Təhsilin inkişafı yönümündə layihələrdə çalışır, təhsil üzrə ekspert kimi ölkə daxilində məktəblər, universitetlər, beynəlxalq təhsil proqramları, yerli və xarici fondlar ilə birgə çalışır. 
Günay Məsimova hal hazırda Bakı Təhsil Məlumat Mərkəzinin rəhbəridir. 

Günay həmişə sosial aktiv insan olmuş, öz tələbə və məzun şəbəkəsi daxilində hər zaman xeyriyyəçilik aksiyaları, abadlaşdırma tədbirləri, regionlarda şagird və tələbə maarifləndirmə layihələri və bu qəbildən işlərlə geniş şəkildə məşğul olmuşdur. İkinci Qarabağ müharibəsi zamanı xaricdə böyük bir tələbə və dost çevrəsi olduğu üçün həm sosial şəbəkələrdə məlumat müharibəsi, həm də orduya yardım aksiyalarında ianə toplamaqda yaxından iştirak edir və beləcə Red Hearts Fondunun fəal üzvünə çevrilir.

Pərvin Məmmədov

Pərvin Məmmədov

Himayəçilik Şurasının üzvü

Pərvin Məmmədov

Himayəçilik Şurasının üzvü

Pərvin Məmmədov 10 Mart 1988-ci ildə Şəki şəhərində ziyalı ailəsində anadan olub. 2004-2009-cu il arası Türkiyə Respublikası “9 Eylul Universitetinin” İqtisadiyyat fakültəsində bakalavr təhsilini, 2012-2014-cü ildə Azərbaycan Dövlət İqtisad universitetində MBA təhsilini başa vurub.

14 illik iş təcrübəsinə malik Pərvin, karyerasının başlanğıcında 2009–2012-cu illərdə Rabitə Bank ASC-də Maliyyə Departamentində müxtəlif vəzifələrdə çalışmışdır. O, 2012-cü ildən bugünədək Kapital Bank ASC-də çalışır və hal hazırda Maliyyə hesabatlılıq və Uçot departamentinin direktorudur. Pərvin Məmmədovun Türkiyədə təhsil aldığı müddətdə müxtəlif könüllü layihələrində iştirak etmişdir. Pərvin Məmmədov hal-hazırda fondun Himayəçilik Şürasının üzvüdür.