Əziz dost, istifadə edilmiş batareyaların nə dərəcədə təhlükəli olduğundan yəqin ki, xəbərdarsız. Müasir dünyanın ən aktual və mühüm məsələlərindən biri ekoloji problemlər və onların törətdiyi fəsadlardır. Bu səbəblərin ən önəmlilərindən biri və bəlkə də qarşısının alınması üçün ən az təbliğ olunanı elektrik batareyaları kimi təhlükəli məişət tullantılarının düzgün utilizasiya olunmamasıdır. Onların tərkibində olan civə kimyəvi turşular və ağır metallar torpağa və suya qarışdıqda çox ciddi çirklənmə təhlükəsi yaradır. "Batareyaları təhvil ver, təbiəti qoru” layihəsini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyilə 50-dən çox tərəfdaş şirkət və qurumla birlikdə icra edirik. Layihənin tərəfdaşı olan şirkətlərdə batareyaları təhvil vermək üçün xüsusi qutular yerləşdirilmişdir. Vətəndaşlar tərəfindən məişətdə istifadə olunan batareyalar toplanaraq "Təhlükəli Tullantılar" MMC-yə təhvil veriləcək.