Bayramda sənin də sevinc qatqın olsun! “Qurban Payı” aksiyası çərçivəsində Qurban bayramı ərəfəsində ölkəmizin müxtəlif şəhər və rayonlarında yaşayan aztəminatlı ailələrə bayram sovqatları çatdırırıq. Məqsədimiz aztəminatlı ailələrin qida ehtiyaclarının qarşılanmasına dəstək göstərmək və bu cür aksiyaların vətənimiz üçün faydalılığını cəmiyyətə çatdırmaqdır. Belə ki, bu fəaliyyətin cəmiyyətimizdə fərdlər arasında paylaşma ruhunu daha da artıracağına və hər bir şəxsin bu cür aksiyalara qoşulmasına vəsilə olacağına inanırıq. Fondumuz bundan sonrakı fəaliyyətlərini də Azərbaycan xalqının mənafeyi naminə həyata keçirməyə davam edəcəkdir. Bu kimi Aksiyaların həyata keçirilməsində maddi dəstəyini göstərən şəxslərə, həmçinin bayraq sovqatlarının paylanmasında əməyi keçən könüllülərimizə dərin minnətdarlığımızı bildiririk.

7000 AZN

/ 7000 AZN
  • İstiqamətlərimiz

    Cəmiyyət Cəmiyyət

  • Status

    Hədəfə çatdıq Hədəfə çatdıq

100 %

İanə et

Oxşar aksiyalar

Yeni
Cəmiyyət

“Ramazan Payı” aksiyası çərçivəsində Ramazan bayramı ərəfəsində ölkəmizin müxtəlif şəhər və rayonlarında yaşayan aztəminatlı ailələrə bayram sovqatları çatdırılacaqdır. Məqsədimiz aztəminatlı ailələrin qida ehtiyaclarının qarşılanmasına dəstək göstərmək və yardımlaşmanın vətənimiz üçün faydalılığını cəmiyyətə çatdırmaqdır.

AZN / 10000 AZN

0 %

İanə et
Cəmiyyət

Gələcəyi quranlar üçün sən də ianə et! Qırmızı Ürəklər Fondunun əsas istiqamətlərindən biri də sosial həssas qrupdan olan insanlarına təhsilinə dəstək verərək savadlı və xüsusi istedadlı gənclərin yetişdirilməsi, onların qayğı ilə əhatə olunması və inkişafını təmin etməkdir. Fond addım-addım maraqlı tərəflərlə təhsili dəstəkləyən əməkdaşlıqlar qururaraq, ianələrinizi ölkəmizin işıqlı və parlaq gələcəyinə yönləndirərək onlar üçün yeni bir yol açır.

5179 AZN / 30000 AZN

18 %

İanə et
Cəmiyyət

Bizim üçün tarix yazmış, torpaqlarımızı azad etmiş qəhrəmanlarımıza bitməz borcumuz var. Həcmi kiçik, mənası böyük olan bu aksiyanın əsas məqsədi qəhrəman şəhid və qazilərimizin ailələrinin rifahını yaxşılaşdırmaq və sosial təminatına dəstək verməkdir. Bu xeyirxah missiyanın təməlində illər boyunca həsrətini çəkdiyimiz torpaqları bizə bəxş olunmasında rolu olan "Tarix yazan qəhrəmanlarımız"-ın əziz xatirəsini daim yad etmək, onların bizlər üçün etdiklərini qiymətləndirməkdir. Aksiyaya ianə et, bu gözəl əməldə sənin də payın olsun!

15187 AZN / 20000 AZN

76 %

İanə et
Cəmiyyət

Cəmiyyət

  • Təhsil, təlim və maarifləndirmə tədbirlərinin keçirilməsi;
  • Həssas qrupdan olan uşaqlar üçün müxtəlif sosial fəaliyyətlərin keçirilməsi;
  • Bayramlarda aztəminatlı ailələrə bayram sovqatlarının paylanması; 
  • Həssas qrupdan olan insanlar üçün sosial aksiyaların keçirilməsi.