Vətən uğrunda canını əsirgəməmiş igid şəhid və qazilərimizin ailəsinə dəstəkdə sənin də payın olsun! Bizim üçün tarix yazmış, torpaqlarımızı azad etmiş qəhrəmanlarımıza bitməz borcumuz var. Həcmi kiçik, mənası böyük olan bu aksiyanın əsas məqsədi qəhrəman şəhid və qazilərimizin ailələrinin rifahını yaxşılaşdırmaq və sosial təminatına dəstək verməkdir. Bu xeyirxah missiyanın təməlində illər boyunca həsrətini çəkdiyimiz torpaqları bizə bəxş olunmasında rolu olan "Tarix yazan qəhrəmanlarımız"-ın əziz xatirəsini daim yad etmək, onların bizlər üçün etdiklərini qiymətləndirməkdir. 

7106 AZN

/ 50000 AZN
  • İstiqamətlərimiz

    Cəmiyyət Cəmiyyət

15 %

İanə et

Oxşar aksiyalar

Cəmiyyət

Gələcəyi quranlar üçün sən də "Onu Oxut" aksiyasına ianə et! Qırmızı Ürəklər Fondunun əsas istiqamətlərindən biri də sosial həssas qrupdan olan insanların təhsilinə dəstək verərək savadlı və xüsusi istedadlı gənclərin yetişdirilməsi, onların qayğı ilə əhatə olunması və inkişafını təmin etməkdir. Fond addım-addım maraqlı tərəflərlə təhsili dəstəkləyən əməkdaşlıqlar qururaraq, ianələrinizi ölkəmizin işıqlı və parlaq gələcəyinə yönləndirərək onlar üçün yeni bir yol açır. Bu istiqamətdə fond “Qırmızı Ürəklər Təhsil Tələbə Təqaüd Proqramını” həyata keçirir.

1178 AZN / 50000 AZN

3 %

İanə et
Cəmiyyət

“Ramazan Payı” aksiyası çərçivəsində Ramazan bayramı ərəfəsində ölkəmizin müxtəlif şəhər və rayonlarında yaşayan aztəminatlı ailələrə bayram sovqatları çatdırılacaqdır. Məqsədimiz aztəminatlı ailələrin qida ehtiyaclarının qarşılanmasına dəstək göstərmək və yardımlaşmanın vətənimiz üçün faydalılığını cəmiyyətə çatdırmaqdır.

5002 AZN / 20000 AZN

26 %

İanə et
Cəmiyyət

"Novruz Payı" aksiyası çərçivəsində xeyirxah insanların dəstəyi ilə toplanan vəsait sayəsində ölkəmizin müxtəlif bölgələrində yaşayan aztəminatlı ailələrə bayram sovqatları çatdırılacaq.

1200 AZN / 10000 AZN

12 %

İanə et
Cəmiyyət

Cəmiyyət

  • Təhsil, təlim və maarifləndirmə tədbirlərinin keçirilməsi;
  • Həssas qrupdan olan uşaqlar üçün müxtəlif sosial fəaliyyətlərin keçirilməsi;
  • Bayramlarda aztəminatlı ailələrə bayram sovqatlarının paylanması; 
  • Həssas qrupdan olan insanlar üçün sosial aksiyaların keçirilməsi.