Fəaliyyətimiz

İanə olunmuş məbləğ

0
AZN

Etdiyimiz layihələr

0
ədəd

Donor sayı

0
nəfər

Yardım alanlar

0
nəfər

Könüllü komandamız

0
nəfər
Cəmiyyət

Cəmiyyət

Heyvanlar

Heyvanlar

Ətraf mühit

Ətraf mühit

Aktiv Aksiyalar

Davam edən aksiyalardan birinə ianə edərək cəmiyyətimizə, ətraf-mühitə və heyvanlara ayırdığımız xüsusi diqqətin bir parçası ola bilərsiniz.

Heyvanlar

4 oktyabr — Ümumdünya heyvanların mühafizəsi gününə həsr olunmuş “Pəncəli ürəklər” adlı yeni aksiyamıza start verdik. Aksiya çərçivəsində edilən ianələr paytaxtımızın sahibsiz heyvanlarının qida və müalicə ehtiyaclarının qarşılanmasına yönəldiləcək. Təşəbbüsün əsas məqsədi insanlarda küçə heyvanlarına qarşı şəfqət hissi yaratmaq, şəhərimizin dördayaqlı sakinlərinin rifahını və sağlamlığını təmin etməkdir. Aksiyaya ianə edin, “Pəncəli ürəklər”in sizin dəstəyinizə ehtiyacı var.

636 AZN / 1000 AZN

64 %

İanə et
Cəmiyyət

Gələcəyi quranlar üçün sən də ianə et! Qırmızı Ürəklər Fondunun əsas istiqamətlərindən biri də sosial həssas qrupdan olan insanlarına təhsilinə dəstək verərək savadlı və xüsusi istedadlı gənclərin yetişdirilməsi, onların qayğı ilə əhatə olunması və inkişafını təmin etməkdir. Fond addım-addım maraqlı tərəflərlə təhsili dəstəkləyən əməkdaşlıqlar qururaraq, ianələrinizi ölkəmizin işıqlı və parlaq gələcəyinə yönləndirərək onlar üçün yeni bir yol açır.

7181 AZN / 30000 AZN

24 %

İanə et
Hədəfə çatırıq
Cəmiyyət

Bizim üçün tarix yazmış, torpaqlarımızı azad etmiş qəhrəmanlarımıza bitməz borcumuz var. Həcmi kiçik, mənası böyük olan bu aksiyanın əsas məqsədi qəhrəman şəhid və qazilərimizin ailələrinin rifahını yaxşılaşdırmaq və sosial təminatına dəstək verməkdir. Bu xeyirxah missiyanın təməlində illər boyunca həsrətini çəkdiyimiz torpaqları bizə bəxş olunmasında rolu olan "Tarix yazan qəhrəmanlarımız"-ın əziz xatirəsini daim yad etmək, onların bizlər üçün etdiklərini qiymətləndirməkdir. Aksiyaya ianə et, bu gözəl əməldə sənin də payın olsun!

24078 AZN / 20000 AZN

121 %

İanə et
Hədəfə çatırıq
Ətraf mühit

Əziz dost, istifadə edilmiş batareyaların nə dərəcədə təhlükəli olduğundan yəqin ki, xəbərdarsız. Müasir dünyanın ən aktual və mühüm məsələlərindən biri ekoloji problemlər və onların törətdiyi fəsadlardır. Bu səbəblərin ən önəmlilərindən biri və bəlkə də qarşısının alınması üçün ən az təbliğ olunanı elektrik batareyaları kimi təhlükəli məişət tullantılarının düzgün utilizasiya olunmamasıdır. Onların tərkibində olan civə kimyəvi turşular və ağır metallar torpağa və suya qarışdıqda çox ciddi çirklənmə təhlükəsi yaradır. "Batareyaları təhvil ver, təbiəti qoru” layihəsini Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BRAVO marketlər şəbəkəsinin dəstəyi ilə icra edirik. BRAVO marketlər şəbəkəsində işlənmiş batareyaların toplanması üçün tullantı batareya qutuları yerləşdiriləcək. Vətəndaşlar tərəfindən məişətdə istifadə olunan batareyalar toplanaraq "Təhlükəli Tullantılar" MMC-yə təhvil veriləcək.

Qəbul məntəqələri
Cəmiyyət

"Qurban Payı" aksiyası artıq ölkəmizdə ənənəyə çevrilən yardımlaşmanın daha da təşviqini hədəfləyir. Aksiya çərçivəsində xeyirxah donorların ianə etdiyi vəsaitdən toplanmış məbləğlə ölkəmizin müxtəlif şəhər və rayonlarında yaşayan aztəminatlı ailələrə ət yardımı çatdırılacaqdır. Məqsədimiz aztəminatlı ailələrin qida ehtiyaclarının qarşılanmasına dəstək göstərmək və yardımlaşmanın vətənimiz üçün faydalılığını cəmiyyətə çatdırmaqdır. Bu fəaliyyətin cəmiyyətimizdə fərdlər arasında paylaşma ruhunu daha da artıracağına və hər bir şəxsin bu cür aksiyalara qoşulmasına vəsilə olacağına inanırıq. 

50 AZN / 10000 AZN

1 %

İanə et