Novruz payınızla hər evə bayram sevinci gətirin!

Novruz bayramı paylaşma, birlik və yardımlaşma ruhunu özündə əks etdirən ənənələrimizdən biridir. Bu dəyərləri qoruyub saxlamaq və daha da təşviq etmək məqsədilə "Novruz Payı" aksiyasını həyata keçiririk. Aksiya çərçivəsində hər il olduğu kimi bu il də xeyirxah donorların ianələri hesabına toplanmış vəsaitlə ölkəmizin müxtəlif bölgələrində yaşayan aztəminatlı ailələrə bayram sovqatı çatdırılacaqdır.

Məqsədimiz aztəminatlı ailələrin Novruz bayramını daha xoş və firavan keçirməsinə dəstək olmaq, eyni zamanda yardımlaşma ruhunu cəmiyyətimizdə daha da gücləndirməkdir. Biz inanırıq ki, bu aksiyanın həyata keçirilməsi cəmiyyətdə birlik və həmrəyliyi artıracaq, fərdləri xeyirxah təşəbbüslərə qoşulmağa təşviq edəcəkdir.

Hər kəsi "Novruz Payı" aksiyasına qoşularaq bayram sevincini birlikdə bölüşməyə və ehtiyacı olan ailələrə dəstək olmağa çağırırıq!

868 AZN

/ 10000 AZN
  • İstiqamətlərimiz

    Cəmiyyət Cəmiyyət

  • Status

    Yeni Yeni

9 %

İanə et

Oxşar aksiyalar

Cəmiyyət

Gələcəyi quranlar üçün sən də "Onu Oxut" aksiyasına ianə et! Qırmızı Ürəklər Fondunun əsas istiqamətlərindən biri də sosial həssas qrupdan olan insanların təhsilinə dəstək verərək savadlı və xüsusi istedadlı gənclərin yetişdirilməsi, onların qayğı ilə əhatə olunması və inkişafını təmin etməkdir. Fond addım-addım maraqlı tərəflərlə təhsili dəstəkləyən əməkdaşlıqlar qururaraq, ianələrinizi ölkəmizin işıqlı və parlaq gələcəyinə yönləndirərək onlar üçün yeni bir yol açır. Bu istiqamətdə fond “Qırmızı Ürəklər Təhsil Tələbə Təqaüd Proqramını” həyata keçirir.

1168 AZN / 50000 AZN

3 %

İanə et
Cəmiyyət

“Ramazan Payı” aksiyası çərçivəsində Ramazan bayramı ərəfəsində ölkəmizin müxtəlif şəhər və rayonlarında yaşayan aztəminatlı ailələrə bayram sovqatları çatdırılacaqdır. Məqsədimiz aztəminatlı ailələrin qida ehtiyaclarının qarşılanmasına dəstək göstərmək və yardımlaşmanın vətənimiz üçün faydalılığını cəmiyyətə çatdırmaqdır.

3304 AZN / 20000 AZN

17 %

İanə et
Cəmiyyət

Bizim üçün tarix yazmış, torpaqlarımızı azad etmiş qəhrəmanlarımıza bitməz borcumuz var. Həcmi kiçik, mənası böyük olan bu aksiyanın əsas məqsədi qəhrəman şəhid və qazilərimizin ailələrinin rifahını yaxşılaşdırmaq və sosial təminatına dəstək verməkdir. Bu xeyirxah missiyanın təməlində illər boyunca həsrətini çəkdiyimiz torpaqları bizə bəxş olunmasında rolu olan "Tarix yazan qəhrəmanlarımız"-ın əziz xatirəsini daim yad etmək, onların bizlər üçün etdiklərini qiymətləndirməkdir. Aksiyaya ianə et, bu gözəl əməldə sənin də payın olsun!

7106 AZN / 50000 AZN

15 %

İanə et
Cəmiyyət

Cəmiyyət

  • Təhsil, təlim və maarifləndirmə tədbirlərinin keçirilməsi;
  • Həssas qrupdan olan uşaqlar üçün müxtəlif sosial fəaliyyətlərin keçirilməsi;
  • Bayramlarda aztəminatlı ailələrə bayram sovqatlarının paylanması; 
  • Həssas qrupdan olan insanlar üçün sosial aksiyaların keçirilməsi.