İanəniz süfrələrə bərəkət gətirsin! “Ramazan Payı” aksiyası çərçivəsində Ramazan bayramı ərəfəsində ölkəmizin müxtəlif şəhər və rayonlarında yaşayan aztəminatlı ailələrə bayram sovqatları çatdırılacaqdır. Məqsədimiz aztəminatlı ailələrin qida ehtiyaclarının qarşılanmasına dəstək göstərmək və yardımlaşmanın vətənimiz üçün faydalılığını cəmiyyətə çatdırmaqdır. Belə ki, bu fəaliyyətin cəmiyyətimizdə fərdlər arasında paylaşma ruhunu daha da artıracağına və hər bir şəxsin bu cür aksiyalara qoşulmasına vəsilə olacağına inanırıq. Bu kimi aksiyaların həyata keçirilməsində maddi dəstəyini göstərən şəxslərə, həmçinin bayram sovqatlarının paylanmasında əməyi keçən könüllülərimizə dərin minnətdarlığımızı bildiririk.

3489 AZN

/ 10000 AZN
  • İstiqamətlərimiz

    Cəmiyyət Cəmiyyət

35 %

İanə et

Oxşar aksiyalar

Cəmiyyət

Gələcəyi quranlar üçün sən də "Onu Oxut" aksiyasına ianə et! Qırmızı Ürəklər Fondunun əsas istiqamətlərindən biri də sosial həssas qrupdan olan insanların təhsilinə dəstək verərək savadlı və xüsusi istedadlı gənclərin yetişdirilməsi, onların qayğı ilə əhatə olunması və inkişafını təmin etməkdir. Fond addım-addım maraqlı tərəflərlə təhsili dəstəkləyən əməkdaşlıqlar qururaraq, ianələrinizi ölkəmizin işıqlı və parlaq gələcəyinə yönləndirərək onlar üçün yeni bir yol açır. Bu istiqamətdə fond “Qırmızı Ürəklər Təhsil Tələbə Təqaüd Proqramını” həyata keçirir.

AZN / 30000 AZN

0 %

İanə et
Hədəfə çatırıq
Cəmiyyət

Bizim üçün tarix yazmış, torpaqlarımızı azad etmiş qəhrəmanlarımıza bitməz borcumuz var. Həcmi kiçik, mənası böyük olan bu aksiyanın əsas məqsədi qəhrəman şəhid və qazilərimizin ailələrinin rifahını yaxşılaşdırmaq və sosial təminatına dəstək verməkdir. Bu xeyirxah missiyanın təməlində illər boyunca həsrətini çəkdiyimiz torpaqları bizə bəxş olunmasında rolu olan "Tarix yazan qəhrəmanlarımız"-ın əziz xatirəsini daim yad etmək, onların bizlər üçün etdiklərini qiymətləndirməkdir. Aksiyaya ianə et, bu gözəl əməldə sənin də payın olsun!

40608 AZN / 30000 AZN

136 %

İanə et
Cəmiyyət

Fondun 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl ərəfəsində şəhid övladları üçün həyata keçirtdiyi ənənəvi “Onlar bizə əmanətdir” layihəsinin əsas məqsədi 0-16 yaş aralığında olan bütün şəhid övladlarına ataları adından hədiyyələr göndərməkdir. Məqsəd onlara bu xüsusi gündə sevinc bəxş etməkdir. Çünki biz bunu gözəl anlayırıq ki, onlar bizə əmanətdir.

3766 AZN / 50000 AZN

8 %

İanə et
Cəmiyyət

Cəmiyyət

  • Təhsil, təlim və maarifləndirmə tədbirlərinin keçirilməsi;
  • Həssas qrupdan olan uşaqlar üçün müxtəlif sosial fəaliyyətlərin keçirilməsi;
  • Bayramlarda aztəminatlı ailələrə bayram sovqatlarının paylanması; 
  • Həssas qrupdan olan insanlar üçün sosial aksiyaların keçirilməsi.