“Qırmızı Ürəklər” Fondu və “Ahbap Derneği” arasında əməkdaşlıq memorandumu imzalanıb

Bildiyiniz kimi, 6 fevral tarixində Türkiyənin müxtəlif bölgələrində çoxsaylı insan tələfatı ilə nəticələnən silsiləli zəlzələlər qeydə alınıb. Dəhşətli təbii fəlakət nəticəsində zərərçəkmiş şəxslərə dəstək məqsədilə Kapital Bank tərəfindən yaradılan Qırmızı Ürəklər Fondu “Türkiyə üçün bir ürək olaq!” adlı ianə toplanılması aksiyasına start verib.

Bu aksiyanın davamı olaraq “Qırmızı Ürəklər” Fondu ilə “Ahbap Derneği” arasında qarşılıqlı əməkdaşlıq memorandumu imzalanıb. İmzalanma mərasimində “Qırmızı Ürəklər” Fondunun idarə heyətinin üzvləri Sevda Haqverdiyeva və Yusif Poladov, həmçinin “Ahbap Derneği” idarə heyətinin üzvləri Haluk Levent və Hüseyin Küçük iştirak edirdi.

Əməkdaşlıq memorandumunun imzalanmasından əvvəl çıxış edən fondun prezidenti Sevda Haqverdiyeva Türkiyədə baş verən zəlzələ nəticəsində zərər çəkən şəxslərə dəstək göstərmək məqsədilə “Türkiyə üçün bir ürək olaq” aksiyasından danışdı. 10 gün ərzində 26 000 nəfərdən artıq ianəçi tərəfindən toplanan 600 000 manatdan artıq vəsait “Ahbap Derneği”nə ianə ediləcək.

Daha sonra çıxış edən Haluk Levent Türkiyə-Azərbaycan qardaşlığından söz açdı. Bu müddət ərzində göstərilən dəstəyə, humanitar yardımlara görə Azərbaycana, bu aksiyanı başlatdığı üçün fonda və bütün Azərbaycan xalqına öz təşəkkürlərini bildirdi.

Qeyd edək ki, memorandum çərçivəsində ictimai və sosial əhəmiyyətli birgə layihələrin həyata keçirilməsini, zəlzələ və ya digər təbii fəlakət zamanı əziyyət çəkən əhaliyə qayğı göstərilməsi istiqamətində tədbirlərin görülməsi, birgə xeyriyyə layihələrinin təşkil edilməsi nəzərdə tutulub.

 

Digər xəbərlər

Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı

Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.

Daha ətraflı

Şəhidlərin xatirəsinə "Vətən Bağı" ağacəkmə aksiyasina başlanılıb

"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.

Daha ətraflı

“Qarabağın səsi” ümumdünya xeyriyyə konserti keçirilib

Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.

Daha ətraflı

Kapital Bank və Qırmızı Ürəklər Fondu daun sindromlu şəxslər üçün yeni layihə həyata keçirir

Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.

Daha ətraflı

Görmə məhdudiyyətli uşaqlara audio kitablar təqdim edilib

Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.

Daha ətraflı