“Qarabağın səsi” ümumdünya xeyriyyə konserti keçirilib

Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.

“Qarabağın səsi” adlı onlayn tədbiri keçirməkdə məqsəd, Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardım göstərməkdir.

“Qırmızı ürəklər” (“Red Hearts”) Xeyriyyə Fondu tərəfindən keçirilən növbəti tədbir, qürbətdə və Azərbaycanda yaşayan mütəxəssislər qrupundan ibarət “International Community of Azerbaijan”ın təşkilatçılığı ilə 10 yanvar 2021-ci il tarixində baş tutub. “Qarabağın səsi” (“Voice of Karabakh”) adlı onlayn tədbiri keçirməkdə məqsəd, Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardım göstərməkdir.

Proqramda Fidan Hacıyeva, Miri Yusif, Tünzalə, Azad Şabanov, Murad Arif, Mirələm Mirələmov və bir çox başqa istedadlı ifaçılar iştirak edib. Bu tədbir  vasitəsilə gələn bütün ianələr və humanitar yardım “Qırmızı Ürəklər” Xeyriyyə Fondu vasitəsilə aidiyyəti üzrə ünvanlara çatdırılacaq. İanə etmək istəyənlər videoda qeyd edilən formada və ya BirBank tətbiqinin “Xeyriyyəçilik” bölməsi vasitəsilə həyata keçirə bilərlər.
 

Digər xəbərlər

Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı

Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.

Daha ətraflı

Şəhidlərin xatirəsinə "Vətən Bağı" ağacəkmə aksiyasina başlanılıb

"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.

Daha ətraflı

Kapital Bank və Qırmızı Ürəklər Fondu daun sindromlu şəxslər üçün yeni layihə həyata keçirir

Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.

Daha ətraflı

Görmə məhdudiyyətli uşaqlara audio kitablar təqdim edilib

Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.

Daha ətraflı

Daun sindromlu uşaqlar üçün atçılıq üzrə master klass keçirilib

Qırmızı Ürəklər Fondu Kapital Bank ilə əməkdaşlıq çərçivəsində daun sindromlu uşaqlar üçün ippoterapiya (müalicəvi atsürmə) təlimi təşkil edib.

Daha ətraflı