Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.
Qiraət etmək hər bir individualın şəxsi inkişafında mühüm rol oynayır. Məhz bu səbəbdən "Red Hearts" Fondunun könüllüləri Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisi ilə əməkdaşlıq çərçivəsində onun nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzində uşaqları hədiyyə audio kitablarla sevindiriblər.
Belə ki, Mərkəzin benefesiarları olan görmə məhdudiyyətli uşaqların maariflənməsinə dəstək çərçivəsində, onlara Azeronline tərəfindən hazırlanmış uşaq ədəbiyyatına məxsus xüsusi audio kitablar və müxtəlif hədiyyələr təqdim edilib.
Təşəbbüsün həyata keçirilməsinin əsas məqsədi görmə məhdudiyyətli uşaqların ədəbiyyata marağının artmasına dəstək olmaq və kitabları onlar üçün əlçatan etməkdir. Bu tip layihələrin davamlı olaraq həyata keçirilməsi planlanılır.
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.
Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.
Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.
Qırmızı Ürəklər Fondu Kapital Bank ilə əməkdaşlıq çərçivəsində daun sindromlu uşaqlar üçün ippoterapiya (müalicəvi atsürmə) təlimi təşkil edib.