Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.
Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu Daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.
Heç kimə sirr deyil ki, Daun sindromlu şəxslər hələ də cəmiyyətə tam inteqrasiya olunmur. Buna əsas səbəb onların hər şeyə sevgi ilə yanaşmaları və çox həssas xarakterə malik olmalarıdır. Amma əslində "Günəş uşaqlar" adlandırılan Daun sindromlu şəxslər, dünyanın müxtəlif yerlərində və bir sıra sahələrdə kifayət qədər uğurlu ola bilirlər.
Onların uğurlu olduğu əsas sahələrdən biri incəsənətdir. Həssas xarakterləri ilə assosiasiya edilən musiqi, rəsm kimi incəsənət sahələrində Daun sindromlu insanlar dünya səviyyəsində şöhrət qazana bilirlər. Azərbaycanda isə bu sindroma sahib olan şəxslər hələ də cəmiyyətdən izolyasiya olunmuş formada yaşayır. Yəni problemin əsas çıxış nöqtəsi cəmiyyətin baxış bucağıdır.
Yeni layihə çərçivəsində Kapital Bank və Qırmızı Ürəklər Fondu, aztəminatlı ailələrin himayəsində olan Daun sindromlu uşaqlar üçün 4 istiqamətli (rəsm, rəqs, kulinariya və qurama sənəti) təlimlər təşkil etmək üçün vəsait ayıracaq. Həmçinin BirBank mobil tətbiqinin istifadəçiləri 10 aprel 2021-ci il tarixinədək daun sindromlu şəxslərin inkişafı istiqamətində həyata keçiriləcək sosial layihələr üçün ianələr edə bilərlər.
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.
Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.
Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.
Qırmızı Ürəklər Fondu Kapital Bank ilə əməkdaşlıq çərçivəsində daun sindromlu uşaqlar üçün ippoterapiya (müalicəvi atsürmə) təlimi təşkil edib.