Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
Xəbər verdiyimiz kimi cari ilin may ayından başlayaraq Qırmızı Ürəklər Fondu (Red Hearts), Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə “Batareyaları təhvil ver, təbiəti qoru” adlı yeni layihəyə başlayıb. Layihə çərçivəsində istifadəyə yararsız elektrik batareyaları toplanıb, "Təhlükəli Tullantılar" MMC-yə təhvil verilir.
Layihənin başlamasından 4 ay keçməsinə baxmayaraq artıq 200 kiloqrama yaxın batareya vətəndaşlar tərəfindən marketlərdə quraşdırılan xüsusi qutulara atılıb. Bu isə təxminən 43 min kub metr ərazinin çirklənməsinin qarşısının alınması deməkdir. Əsas məqsəd işlənmiş batareyaları digər tullantılardan ayırmaq, onların ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərini minimuma endirməkdir.
Qeyd edək ki, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təkrar emalın təşviqi, tullantıların azaldılması, işlənmiş batareya tullantılarının zərərli təsirlərinin qarşısının alınması və səmərəli idarə olunması cəhətdən olduqca vacib olan və maarifləndirici məqsəd daşıyan bu layihə ətraf mühitin qorunmasına kömək edir. Gələcəkdə analoji qutuların digər şəhər və rayonlarda da yerləşdirilməsi planlaşdırılır.
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.
Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.
Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.
Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.