Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
Qırmızı Ürəklər Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bravo marketlər şəbəkəsi ilə birgə “Batareyaları təhvil ver, təbiəti qoru” adlı yeni layihəyə start verib. Layihə çərçivəsində istifadəyə yararsız elektrik batareyalarının toplanması həyata keçirilir.
İstifadə edilmiş batareyalar üçün ilkin olaraq Gənclik Mall, Əhmədli qəsəbəsi, 20 yanvar m/s, Koroğlu m/s, 28 Mall, Dəniz Mall və Zefir Mall-da olan Bravo marketlərində xüsusi qutular yerləşdirilib. Layihə işlənmiş batareyaları digər tullantılardan ayırmaq onların ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərini minimuma endirmək məqsədi daşıyır. Gələcəkdə analoji qutuların digər şəhər və rayonlarda da yerləşdirilməsi planlaşdırılır.
Vətəndaşlar tərəfindən məişətdə istifadə olunan batareyalar toplanaraq "Təhlükəli Tullantılar" MMC-yə təhvil veriləcək. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təkrar emalın təşviqi, tullantıların azaldılması, işlənmiş batareya tullantılarının zərərli təsirlərinin qarşısının alınması və səmərəli idarə olunması cəhətdən olduqca vacib olan və maarifləndirici məqsəd daşıyan bu layihə ətraf mühitin qorunmasına kömək edəcək.
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.
Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.
Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.
Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.