“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə Birbank da qoşuldu

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən start verilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə Birbank da qoşulub. Layihə çərçivəsində Birbank-ın baş ofisində 30 ədəd, filiallarında isə 119 ədəd xüsusi qutu yerləşdirilib. Artıq bankın müştəriləri və əməkdaşları istifadəyə yararsız elektrik batareyalarını bu qutulara atmaqla təhvil verə bilərlər.

Hazırda müxtəlif dövlət qurumları, şirkətlər, marketlər, təhsil müəssisələri və hotellər də daxil olmaqla 500-dən çox məntəqədə batareya toplama konteynerləri quraşdırılıb. Layihə çərçivəsində 2024-cü ildə 1645 kiloqram işlənmiş batareya toplanıb. Layihənin məqsədi istifadəyə yararsız batareyaların çeşidlənərək xüsusi konteynerlərdə toplanması və təhlükəsiz şəkildə utilizasiyasını təmin etməkdir.

1 may 2022-ci il tarixində başlanan “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi ekoloji davamlılığa və sosial rifahın artırılmasına xidmət edir. Geniş auditoriyanı əhatə edən layihə tullantıların düzgün idarə olunmasına dair məlumatlılığı artırmağı hədəf alır. Birbank-ın da qoşulması ilə layihə ölkəmizin bütün regionlarını əhatə etmiş olacaq.

Qeyd edək ki, batareyaların tərkibində olan ağır metallar və digər zəhərli komponentlər ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu səbəbdən layihə ətraf mühitin mühafizəsi, insan sağlamlığının qorunması, ekoloji tarazlığın bərpası, təkrar emalın təşviqi, tullantıların azaldılması və işlənmiş batareya tullantılarının səmərəli idarə olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Digər xəbərlər

Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı

Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.

Daha ətraflı

Şəhidlərin xatirəsinə "Vətən Bağı" ağacəkmə aksiyasina başlanılıb

"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.

Daha ətraflı

“Qarabağın səsi” ümumdünya xeyriyyə konserti keçirilib

Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.

Daha ətraflı

Kapital Bank və Qırmızı Ürəklər Fondu daun sindromlu şəxslər üçün yeni layihə həyata keçirir

Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.

Daha ətraflı

Görmə məhdudiyyətli uşaqlara audio kitablar təqdim edilib

Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.

Daha ətraflı