Qırmızı Ürəklər Fondundan təhsilin inkişafına töhfə

Hər zaman xeyirxah əməllər həyata keçirən, minlərlə insana maddi və mənəvi dəstək göstərən, Qırmızı Ürəklər Fondu bu dəfə təhsil sahəsinə töhfə verərək, tələbələr üçün sosial aksiya həyata keçirib.

Hər zaman xeyirxah əməllər həyata keçirən, minlərlə insana maddi və mənəvi dəstək göstərən, Qırmızı Ürəklər Fondu bu dəfə təhsil sahəsinə töhfə verərək, tələbələr üçün sosial aksiya həyata keçirib.

Tehsil.biz xəbər verir ki, bununla bağlı 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü ərəfəsində Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tədbir təşkil olunub.

Tədbir zamanı universitetin kitabxanasına biologiya elmi öyrənənlər üçün nəzərdə tutulan, dünyaca məşhur “Campbell Biologiya” kitabı təqdim edilib. “Habitat Tərcümə Layihəsi” çərçivəsində tərcümə edilən və Fond tərəfindən nəşr olunan “Campbell Biologiya” kitabını universitetin müəllim və tələbələri istifadə edə biləcəklər.

Mərasimdə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Qırmızı Ürəklər Fondunun prezidenti Sevda Haqverdiyeva, molekulyar mikrobioloq, genetik, “Habitat Tərcümə Layihəsi”nin həmtəsisçisi Araz Zeyniyev iştirak və çıxış ediblər. Təqdimat zamanı qəbul imtahanlarında yüksək bal toplayan 4 tələbəyə kitablar və Fond tərəfindən hədiyyələr təqdim olunub.
 

Digər xəbərlər

Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı

Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.

Daha ətraflı

Şəhidlərin xatirəsinə "Vətən Bağı" ağacəkmə aksiyasina başlanılıb

"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.

Daha ətraflı

“Qarabağın səsi” ümumdünya xeyriyyə konserti keçirilib

Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.

Daha ətraflı

Kapital Bank və Qırmızı Ürəklər Fondu daun sindromlu şəxslər üçün yeni layihə həyata keçirir

Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.

Daha ətraflı

Görmə məhdudiyyətli uşaqlara audio kitablar təqdim edilib

Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.

Daha ətraflı