Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
Qırmızı Ürəklər Fondunun tərəfdaşlığı, “GEM ESG Consulting”in təşkilatçılığı ilə “Ətraf mühit, sosial və korporativ idarəetmə üzrə I Bakı Beynəlxalq Konfransı” baş tutdu.
Dövlət qurumları, kiçik, orta və iri biznes subyektləri, transmilli korporasiya və şirkətlərin qatıldığı, habelə QHT ekspertləri, xeyriyyəçilər, ictimai xadimlər və ziyalıların iştirak etdiyi konfransda Azərbaycanda bizneslərin “yaşıl iqtisadiyyat”da rolunun artırılması, korporativ idarəetmə prinsiplərinin tətbiqinin genişləndirilməsi və sosial məsuliyyətli biznes konsepsiyasının inkişaf etdirilməsi məsələləri geniş müzakirə edildi.
"Ətraf mühit, sosial və korporativ idarəetmə üzrə I Bakı Beynəlxalq Konfransı" "GEM ESG consulting" şirkətinin təşkilatçılığı və Paşa Holding, Azərlotereya ASC, Azercell Telecom və Coca Cola şirkətlərinin sponsorluğu ərsəyə gəlmişdir.
Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Millət vəkilləri Vüqar Bayramov və Soltan Məmmədov, BMT-nin Qlobal Kompakt proqramının Azərbaycandakı rəhbəri Samir Məmmədov, Qırmızı Ürəklər Fondunun prezidenti Sevda Haqverdiyeva və başqaları çıxış etdilər.
Konfransın keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə çalışan, geniş təcrübəyə malik tanınmış ictimai xadimlər və mütəxəssisləri bir araya gətirməklə KSM və dayanıqlı inkişaf üzrə mühüm mövzuların müzakirəsi əsasında növbəti illər üçün yol xəritəsinin hazırlanmasına töhfə verməkdir.
Konfrans öz işini panel sessiyalarda ESG-nin müxtəlif aspektlərinə dair maraqlı çıxışlar və müzakirələrlə davam etdirdi. Tikinti və nəqliyyat, telekom və səhiyyə, təbiətin mühafizə və su ehtiyyatları və digər sahələr üzrə spikerlərin təqdimatları dinlənildi, gələcəkdə görülməsi zəruri olan işlərə dair fikir mübadiləsi aparıldı.
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.
Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.
Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.
Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.