Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
Dağçılıq İdman Klubu, Qobustan Milli Tarix-Bədii Qoruğunun birgə təşkilatçılığı və Qırmızı Ürəklər Fondunun dəstəyi ilə 24 aprel tarixində "Gobustan Trail 2022” cığır qaçışı keçirildi.
Son zamanlar inkişaf etmiş ölkələrdə treylranninq (Trail running) adlı yarış növü populyarlaşıb. Bu, təbii relyef, o cümlədən, dağlarda qaçış deməkdir.
Qobustan Milli Tarixi-Bəbii qoruğunda ilk dəfə olaraq keçirilən "Gobustan Trail 2022” çığır qaçışı sağlam həyat tərzinin təbliği, idmanın inkişafına dəstək, Qobustanın dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğunu nəzərə alaraq tariximizin bir parçasını gələn qonaqlara nümayiş etdirmək, ictimai diqqəti artırmaq, ianəçilik mədəniyyətinin təşviq olunması və insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi daşıyır.
"Gobustan Trail 2022” cığır qaçışı Qobustan Dövlət Tarix-Bədii Qoruğun ərazisində baş tutdu. Yarış iştrakçıları tərəfindən Qırmızı Ürəklər Fonduna ianələr edilib. Muzey binasının önündən start götürən yarış 11.5 və 23 kilometrlik məsafəni əhatə edərək muzey binasının önünüdə də başa çatıb. Yarışda Azərbaycan vətəndaşları ilə yanaşı, Azərbaycanda yaşayıb-işləyən Çin, Türkiyə, Hollandiya, İngiltərə, Ukranya, Qazaxıstan, Rusiya və digər ölkələrin vətəndaşlarıda iştirak edib.
Kişilər arasında 11.5 kilometrlik finiş xəttini birinci Namiq Əsədov, 23 kilometrlik finiş xəttini Cəlal Süleymanov keçib. Qadınlar arasında isə 11.5 kilometrlik finiş xəttini birinci Rhian Tazioli, 23 kilometrlik finiş xəttini Anna Yusubova keçib. Yarışın finiş xəttində mükafatlandırma mərasimi həyata keçirilib. Qaçışı tamamlayan bütün iştirakçılara medallar və qaliblərə Qırmızı Ürəklər Fondu tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.
Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.
Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.
Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.