"Hər Şey Mümkündür" layihəsinə start verildi

Qırmızı Ürəklər Fondu və Kapital Bank-ın daun sindromlu uşaqlar üçün birgə həyata keçirtdiyi "Hər şey mümkündür" layihəsi çərçivəsində müxtəlif istiqamətlərdə master-klaslar keçirildi.

Layihə iştirakçıları olan daun sindromlu uşaqlar üçün xüsusi maraq doğuran ilk master-klas qurama sənəti ilə bağlı oldu. Yaşa mərkəzində dəyərli təqaüdçülərin iştirakı ilə layihə iştirakçıları müxtəlif parça hissələrinin bir-birinə tikilməsi ilə yeni məhsulların hazırlanmasına nail oldular. Daun sindromlu uşaqlar öz əlləri ilə müxtəlif quramalar yaratdılar. İkinci master-klas isə "Dance Ability" metoduna əsaslanan inklüziv hərəkətlər və rəqslər oldu. Master-klas çərçivəsində həm sağlam, həm fiziki imkanları məhdud olan şəxslər bir araya gələrək rəqs və hərəkətlə özlərini ifadə etdilər. Üçüncü master-klas isə rəsm və gil sənətinə həsr olundu. Həmçinin layihə çərçivəsində Azərbaycanda ilk dəfə daun sindromlu uşaqlar üçün “United Colors of Benetton” ilə uşaq kolleksiyasının foto modellik çəkilişləri həyata keçirildi. 

Layihənin məqsədi bu kateqoriyadan olan uşaqların bacarıqlarının inkişafına, sosial-mədəni, sosial-psixoloji, pedoqoji reabilitasiyasına və onların ailələrinə dəstək göstərməkdir.
 

Digər xəbərlər

Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı

Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.

Daha ətraflı

Şəhidlərin xatirəsinə "Vətən Bağı" ağacəkmə aksiyasina başlanılıb

"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.

Daha ətraflı

“Qarabağın səsi” ümumdünya xeyriyyə konserti keçirilib

Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.

Daha ətraflı

Kapital Bank və Qırmızı Ürəklər Fondu daun sindromlu şəxslər üçün yeni layihə həyata keçirir

Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.

Daha ətraflı

Görmə məhdudiyyətli uşaqlara audio kitablar təqdim edilib

Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.

Daha ətraflı