“Qırmızı Ürəklər”lə “Hər Şey Mümkündür”

Məlumat verdiyimiz kimi, Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu 2021-ci ildə Daun sindromlu şəxslər üçün “Hər şey mümkündür!” adlı sosial layihəyə start verib. Layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların cəmiyyətdə aktiv iştirakını təmin etmək olub.

Layihə çərçivəsində aztəminatlı ailələrin himayəsində olan daun sindromlu uşaqlar üçün müxtəlif istiqamətlər (rəsm, rəqs, kulinariya, keramika, qurama sənəti, ippoterapiya və s.) üzrə master-klaslar həyata keçirilib. 2022-ci ilin mart ayının 21-i, Ümumdünya Daun Sindromlu İnsanlar Günü ərəfəsində layihənin davamı olaraq daha bir neçə tədbir həyata keçirilib.

Bu dəfə "Günəş uşaqlar" adlandırılan Daun sindromlu uşaqlar üçün layihənin tərəfdaşları olan “Kinderland” əyləncə mərkəzində və “İL Patio” restoranında müxtəlif növ fəaliyyətlər və master-klaslar təşkil edilib. Uşaqlar müxtəlif peşə sahibləri – həkim, yanğınsöndürən, polis, pilot, aşpaz, alim, aktyor, stilist, hotel əməkdaşı, turizm agenti və s. rollarda çıxış edərək həm əyləndilər, həm də bu fəaliyyət sahələri barədə maraqlı məlumatlar əldə etdilər. Layihənin əsas məqsədi gerçək həyat təcrübəsi qazandırmaq və uşaqların öyrənmə bacarıqlarına yiyələnməsinə dəstək olmaqdır.
 

Digər xəbərlər

Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı

Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.

Daha ətraflı

Şəhidlərin xatirəsinə "Vətən Bağı" ağacəkmə aksiyasina başlanılıb

"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.

Daha ətraflı

“Qarabağın səsi” ümumdünya xeyriyyə konserti keçirilib

Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.

Daha ətraflı

Kapital Bank və Qırmızı Ürəklər Fondu daun sindromlu şəxslər üçün yeni layihə həyata keçirir

Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.

Daha ətraflı

Görmə məhdudiyyətli uşaqlara audio kitablar təqdim edilib

Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.

Daha ətraflı