Könüllülər heyvan sığınacağına qida yardımı etdi

Könüllümüz Nihad Hüseynlinin təşəbbüsü ilə bir qrup könüllü “Pəncəli Ürəklər” aksiyası çərçivəsində Müşfiqabad qəsəbəsində yerləşən “BARS Sahibsiz Heyvanlar sığınacağına” qida yardımı ediblər.

Belə ki, gənclər “BARS Sahibsiz Heyvanlar sığınacağını” ziyarət edərək, oradakı heyvanlara qayğı göstərib, onları qida ilə təmin ediblər. Aksiyanın məqsədi balaca dostlarımıza insan qayğısının göstərilməsinin vacibliyini təbliğ etmək, vətəndaşlarımızı heyvanların daim diqqət mərkəzində saxlanılmasına təşfiq etməkdir. Unutmayaq ki, çətin vəziyyətdə olan hər hansı bir canlıya qayğı göstərmək, insan olaraq qəbul etməli olduğunuz sosial məsuliyyətdir.

 

Digər xəbərlər

Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı

Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.

Daha ətraflı

Şəhidlərin xatirəsinə "Vətən Bağı" ağacəkmə aksiyasina başlanılıb

"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.

Daha ətraflı

“Qarabağın səsi” ümumdünya xeyriyyə konserti keçirilib

Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.

Daha ətraflı

Kapital Bank və Qırmızı Ürəklər Fondu daun sindromlu şəxslər üçün yeni layihə həyata keçirir

Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.

Daha ətraflı

Görmə məhdudiyyətli uşaqlara audio kitablar təqdim edilib

Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.

Daha ətraflı