Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
Memorandumda iki qurum arasında birgə fəaliyyət, ortaq layihələrin hazırlanması və icra edilməsi məsələləri əksini tapıb.
6 may tarixində Qırmızı Ürəklər Fondu ilə İnci Laboratoriyaları arasında səhiyyə tərəfdaşlığı haqqında anlaşma memorandumu üçün görüş keçirilib.
İnci Laboratoriyalarının direktor müavini Elnarə Əfəndiyeva qonaqları salamlayıb. Mərkəzi laboratoriya haqqında ətraflı məlumat verdikdən sonra Qırmızı Ürəklər Fondu ilə əməkdaşlığın perspektivlərindən bəhs edərək səmərəli və davamlı layihələrin həyata keçiriləcəyinə əminliyini ifadə edib. Çıxışının sonunda Qırmızı Ürəklər Fondunun fəaliyyətini yüksək qiymətləndirdiyini də diqqətə çatdırıb.
Öz növbəsində Qırmızı Ürəklər Fondunun prezidenti Sevda Haqverdiyeva çıxış edərək göstərilən xüsusi diqqətə görə başda Elnarə Əfəndiyeva olmaqla bütün kollektivə öz təşəkkürünü bildirib. O, Qırmızı Ürəklər Fondu və İnci Laboratoriyalarının yaxın zamanda birgə yeni və maraqlı layihələr ərsəyə gətirəcəyini nəzərə çatdırıb.
Memorandumda iki qurum arasında birgə fəaliyyət, ortaq layihələrin hazırlanması və icra edilməsi məsələləri əksini tapıb. Eyni zamanda sağlamlıq tərəfdaşı kimi İnci Laboratoriyaları Qırmızı Ürəklər Fondunun təşkil etdiyi xeyriyyə aksiyalarında iştirak edərək, lazımi tibbi dəstək göstərəcəkdir.
Görüş qarşılıqlı əlaqələrin inkişafı istiqamətində danışıqların aparılması ilə davam edib.
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.
Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.
Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.
Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.