Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
Xalqımızın milli mənəvi dəyərlərinin formalaşmasında xüsusi rolu olan bayramlar sevgi, həmrəylik və paylaşmaq üçün ən gözəl fürsətdir. Qırmızı Ürəklər Fondu-da bu fürsətdən istifadə edərək “Novruz payı” və “Ramazan payı” aksiyalarını həyata keçirib.
Fond, könüllüləri ilə birlikdə Novruz və Ramazan bayramları münasibətilə Azərbaycanın 38 regionunda yaşayan 485 aztəminatlı ailəni ziyarət edərək onlara bayram sovqatlı təqdim edib. Həmçinin bu il Fond tərəfindən həyata keçirilən “Ramazan payı” aksiyasına “Bravo” supermarketlər şəbəkəsi öz “Bərəkət paketi” sovqatları ilə qoşularaq 100 ailəyə dəstək göstərib. Qırmızı Ürəklər Fondu bu layihələrlə cəmiyyətdə həmrəylik və paylaşmanın vacibliyini bir daha vurğulayıb. Layihələrin əsas məqsədi bayram sevincini hər evə, xüsusən də dəstəyə ehtiyacı olan ailələrə çatdırmaqdır.
Videoları aşağıdakı linkdən izləyə bilərsiniz:
“Novruz payı” aksiyası: https://rb.gy/s6osqs
“Ramazan payı” aksiyası: https://rb.gy/9mboek
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.
Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.
Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.
Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.