Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
Qırmızı Ürəklər ("Red Hearts") Xeyriyyə Fondunun heyvanların qorunması və qayğısı istiqamətində keçirdiyi fəaliyyətlər çərçivəsində sahibsiz heyvanlar üçün aksiya təşkil olunub. 4 oktyabr - Heyvanların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş "Pəncəli Ürəklər" aksiyasında veb saytdan toplanan ianələr sayəsində sahibsiz heyvanlar ziyarət olunub.
Qeyd edək ki, bu xeyriyyə təşəbbüsünə qatqısı olan heyvansevərlər sayəsində toplanan vəsait heyvanların müalicə və qida ehtiyacları üçün xərclənib. Layihəyə ianə edən şəxslər kimsəsiz heyvanlarımıza şəfqətli münasibətə bir ümid, onların da bu şəhərin bir sakininə çevrilməsinə bir dəstəkdir.
Qeyd edək ki, “Qırmızı Ürəklər” Xeyriyyə Fondunun yaradılmasında əsas məqsəd cəmiyyətimiz üçün faydalı işlər görməkdir. Üzvlərinin əksəriyyəti, Kapital Bank-ın könüllü əməkdaşlarından ibarət olan fondun əsas fəaliyyət istiqaməti uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardım etməkdir.
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.
Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.
Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.
Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.