"Pəncəli Ürəklər" layihəsi çərçivəsində paytaxtın müxtəlif nöqtələrinə yemlik qabları yerləşdirilib

Layihənin əsas məqsədi heyvanlara humanist və məsuliyyətli yanaşmanın təşviq edilməsidir.

 

4 oktyabr - Heyvanların Beynəlxalq Müdafiəsi Günü 100 ilə yaxındır bütün dünyada qeyd olunur.

Bununla belə heyvanları bir gün deyil, hər gün sevməli, qorumalı və yaşamaq hüquqlarına hörmətlə yanaşmalıyıq.

Qırmızı Ürəklər Fondu da bu amalı əsas tutaraq Heyvanların Beynəlxalq Müdafiəsi Günü münasibətilə aksiya həyata keçirib. Fond tərəfindən "Pəncəli Ürəklər" layihəsi çərçivəsində paytaxtın müxtəlif nöqtələrinə sahibsiz heyvanların vəziyyətinə biganə olmayan könüllülərin iştirakı ilə yemlik qabları yerləşdirilib. Həyata keçirilən aksiyanın əsas məqsədi heyvanlara humanist və məsuliyyətli yanaşmanın təşviq edilməsidir. Layihə qayğı göstərməklə yardım etmək istəyən heyvansevərlər tərəfindən maraqla qarşılanıb.

Heyvanların taleyinə laqeyd qalmayan hamı bir nəfər kimi onların rifahının yaxşılaşdırılması, əziyyətsiz yaşamaq hüquqlarının qorunması naminə bu ideyaya dəstək olmalıdır. Axı, bu günahsız canlıların da yaşamağa və qayğıya ehtiyacları var.

Digər xəbərlər

Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı

Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.

Daha ətraflı

Şəhidlərin xatirəsinə "Vətən Bağı" ağacəkmə aksiyasina başlanılıb

"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.

Daha ətraflı

“Qarabağın səsi” ümumdünya xeyriyyə konserti keçirilib

Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.

Daha ətraflı

Kapital Bank və Qırmızı Ürəklər Fondu daun sindromlu şəxslər üçün yeni layihə həyata keçirir

Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.

Daha ətraflı

Görmə məhdudiyyətli uşaqlara audio kitablar təqdim edilib

Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.

Daha ətraflı