"Hər şey mümkündür" layihəsinin növbəti master-klası pizza hazırlanması ilə bağlı oldu

Qırmızı Ürəklər Fondu və Vapianonun təşkilatçılığı ilə daun sindromlu uşaqlar üçün növbəti master-klas pizza hazırlanması ilə bağlı oldu.

"Hər şey mümkündür" layihəsi çərçivəsində daun sindromlu uşaqlara Qırmızı Ürəklər Fondu və Vapianonun təşkilatçılığı ilə pizza hazırlanması ilə bağlı o master-klas təşkil edildi. Daun sindromlu uşaqlara Vapiano restoranında məxsusi pizzanın hazırlanması ilə bağlı əyləncəli master-klass keçirilib. Uşaqlar təcrübəli pizza mütəxəssislərinin rəhbərliyi altında əllə hazırlanmış hazır pizza xəmirlərini formaya salıblar və onları müxtəlif inqrediyentlərlə bəzəyiblər. 

Layihə çərçivəsində keçirilən master-klasların məqsədi bu uşaqlarda məşğələlərin köməyi ilə müxtəlif qabiliyyətləri inkişaf etdirməyə yardım göstərməkdir. Qırmızı Ürəklər Fondu həyata keçirtdiyi bu layihə ilə daun sindromu olan uşaqların sosial adaptasiyası prosesinə öz töhfəsini verməyə çalışır.

 

 

Digər xəbərlər

Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı

Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.

Daha ətraflı

Şəhidlərin xatirəsinə "Vətən Bağı" ağacəkmə aksiyasina başlanılıb

"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.

Daha ətraflı

“Qarabağın səsi” ümumdünya xeyriyyə konserti keçirilib

Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.

Daha ətraflı

Kapital Bank və Qırmızı Ürəklər Fondu daun sindromlu şəxslər üçün yeni layihə həyata keçirir

Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.

Daha ətraflı

Görmə məhdudiyyətli uşaqlara audio kitablar təqdim edilib

Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.

Daha ətraflı