Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
Bu gün qazimiz Sübhan Məmmədovla qəbul imtahanında yüksək nəticə göstərməsi münasibətilə görüş keçirilmişdir
Görüşdə ona fondun daimi dəstəkçilərindən olan, Amerikada yaşayan həmyerlimiz "Charity Time" Təşkilatının həmtəsisçisi Zaur bəy tərəfindən hədiyyə göndərilən kompüter təqdim edildi.
Tarix yazan qəhrəmanlarımızdan olan Sübhan müzəffər Azərbaycan Milli Ordusunun sıralarında Xocavənddən Şuşaya qədər gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Qazimiz Şuşa istiqamətində, Daşaltında gedən ağır döyüşlərin birində bir neçə qəlpə yarası alıb. Bu gün qazandığımız qələbəyə, Qarabağın işğaldan azad olunmasına görə onun kimi şücaət göstərmiş müzəffər Azərbaycan Ordusuna borcluyuq!
Qəhrəmanımızın Qırmızı Ürəklər Fondu ilə tanışlığı müharibədən sonraya təsadüf edir. Hərbi xidmətdən qayıtdıqdan sonra o, fonda müraciət edərək ali təhsil alıb cəmiyyətə faydalı bir fərd olmaq istədiyini bildirdi. Qazimizin ailəsi fond tərəfindən 2021-ci ilin noyabr ayından etibarən himayəyə götürüldü və onun bütün təhsil xərcləri qarşılandı. Sübhan bu ilin 1-ci ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 486 bal toplayaraq tələbə adını qazanmağa müvəffəq oldu.
"Alınmaz, olmaz" deyə bir şey yoxdur. Sadəcə çox çalışmalısan və heç vaxt getdiyin yoldan geri dönməməlisən. Məqsədli olmaq uğur qazanmaq üçün atılmış ilk addımdır. Sübhan keçdiyi döyüş yolu, əzmkarlığı, iradəsi, qətiyyəti ilə bir çox gənclərimiz üçün nümunədir. Qəhrəmanımıza gələcək həyatında uğurlar arzu edirik! Vətən savaşında şərəfli döyüş yolu keçib, qəhrəmanlıq göstərən igidimizlə qürur duyuruq!
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.
Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.
Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.
Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.