Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
Qırmızı Ürəklər Fondunun Kapital Bank-ın 150 illik yubileyi münasibətilə başlatdığı “Sıfır Tullantı” marafonu davam edir. İnsanlarda ətraf mühitin mühafizəsinə qarşı həssaslığı artırmağı və təbiəti qorumağı hədəfləyən layihə bu dəfə Yevlax rayonunun Varvara kəndində Kür çayının sahilində həyata keçirilib. Marafonda bankın “Mərkəzi Aran” iqtisadi rayonunu əhatə edən filial şəbəkəsindən 50-dən çox könüllü iştirak edib.
Tədbir zamanı ərazi 753 kq plastik və zərərli tullantılardan təmizlənib. Marafon çərçivəsində fikirlərini bildirən Qırmızı Ürəklər Fondunun vitse-prezidenti Nihad Salmanlı bu göstəricilərin ətraf mühitin qorunması və təmizliyinə dəyərli töhfə olduğunu qeyd edib. “Təbiətin mühafizəsi Fond olaraq bizim əsas istiqamətlərimizdən biridir. Bu yolda bizə dəstək olan bütün könüllülərimizə minnətdaram. Biz gələcək nəsillərimizə daha sağlam bir dünya miras qoymaq üçün toplanmışıq. Bunun üçün insanların məlumatlı olmaları, şəxsi məsuliyyətlərini dərk etmələri, təbiəti qorumağa elə öz ətraflarından başlamaları yetərlidir.
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.
Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.
Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.
Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.