Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
Qırmızı Ürəklər Fondu ekologiyanın və təbiətin qorunmasına töhfə verən layihələrin icrasına davam edir. Fond, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə təşkil etdiyi “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində növbəti uğurlu aksiyanı həyata keçirib. Aksiya zamanı ekokönüllülər tərəfindən 100 kiloqramdan çox istifadə olunmuş batareya toplanaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verilib.
Toplanan tullantılar Azərbaycan Hava Yolları QSC, Bakı Ağ Şəhər Biznes Mərkəzi, Bakı Avropa Liseyi, “Araz” supermarketlər şəbəkəsinin Space və Xətai filialları, həmçinin “Bravo” Əhmədli hipermarketində yerləşən toplama məntəqələrindən götürülüb.
Qeyd edək ki, 2022-ci ildən etibarən həyata keçirilən layihənin məqsədi istifadəyə yararsız batareyaları digər tullantılardan ayıraraq onların ətraf mühitə və insan sağlamlığına zərərini minimuma endirmək, eləcə də ekoloji maarifləndirməni artırmaq və tullantıların düzgün idarə olunmasının vacibliyini vurğulamaqdır. Layihə çərçivəsində paytaxt Bakı və regionlarda yerləşən dövlət qurumları, şirkətlər, marketlər, təhsil müəssisələri, bank filialları və hotellərdə təhvil qutuları yerləşdirilib. Layihənin məqsədi insanların ekogiyaya həssaslığını artırmaq və tullantıların yenidən emalına diqqət çəkməkdir.
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.
Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.
Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.
Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.