Qırmızı Ürəklər Fondu hər kəsə sahibsiz heyvanlara dəstək olmaq imkanı yaradır

Qırmızı Ürəklər Fondu öz missiyasına sadiq qalaraq sahibsiz heyvanların müdafiəsi istiqamətində layihə həyata keçirib və hər kəsi bu kimi təşəbbüslərdə iştirak etməyə dəvət edib. Belə ki, Fond hər il 4 oktyabr tarixində dünya miqyasında qeyd olunan Heyvanları Mühafizə Günü münasibətilə “Pəncəli Ürəklər” layihəsini həyata keçirib. Küçə heyvanlarının həyat şəraitini yaxşılaşdırmaq və insanlarda onlara qarşı mərhəmət hissini oyatmaq məqsədi daşıyan layihə “Bravo” supermarketlər şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində icra edilib. Belə ki, şəbəkənin bir neçə filialının qarşısında sahibsiz heyvanlar üçün su və yem qabları yerləşdirilib.

Bu təşəbbüs sayəsində hər bir vətəndaş su və yem qablarını dolduraraq küçə heyvanlarının gündəlik qida təlabatlarını ödəyə, onlara dəstək ola bilər. Bunla da Fond hər kəsə pəncəli dostlarımızın daha yaxşı bir həyat yaşamasına töhfə vermək imkanı yaradır.  

Qırmızı Ürəklər Fondu hər kəsi bu vacib aksiyada fəal iştirak etməyə, sahibsiz heyvanlara qarşı qayğı göstərməyə dəvət edir. Unutmaq olmaz ki,  heyvanlar bizə ehtiyac duyan sadiq dostlarımızdır və onların rifahını təmin etmək daha yaxşı bir gələcək üçün hamımızın üzərinə düşən məsuliyyətdir.

Layihəyə qoşulmaq imkanı bununla yekunlaşmır. Daha çox heyvana kömək etmək istəyənlər Birbank mobil tətbiqi vasitəsilə “Pəncəli Ürəklər” layihəsinə ianə edə bilər. Toplanan vəsaitlər sahibsiz heyvanların qida, müalicə və digər ehtiyaclarının qarşılanması üçün istifadə edilir.

İanə üçün: https://t.ly/7Aqrg

Digər xəbərlər

Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı

Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.

Daha ətraflı

Şəhidlərin xatirəsinə "Vətən Bağı" ağacəkmə aksiyasina başlanılıb

"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.

Daha ətraflı

“Qarabağın səsi” ümumdünya xeyriyyə konserti keçirilib

Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.

Daha ətraflı

Kapital Bank və Qırmızı Ürəklər Fondu daun sindromlu şəxslər üçün yeni layihə həyata keçirir

Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.

Daha ətraflı

Görmə məhdudiyyətli uşaqlara audio kitablar təqdim edilib

Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.

Daha ətraflı