Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
Qırmızı Ürəklər Fondu və Təhsilin İnkişafı Fondu arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov imzalayıblar.
Memorandumun məqsədi təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələr üzrə əməkdaşlığın qurulması, eləcə də tələbələr üçün uzunmüddətli təqaüd proqramının təsis edilməsi və həyata keçirilməsidir.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun həyata keçirdiyi layihələr barəsində ətraflı məlumat verərək, sırf təqaüd layihələrinə hər zaman xüsusi diqqətin ayrıldığını bildirib. Belə ki, Fondun ilk layihələrindən birinin məhz “Hənifə Məlikova-Zərdabi adına gənc qızların təhsilinə dəstək” təqaüd proqramının olduğu, ilkin olaraq qızların sayının 25, qısa müddət ərzində isə artıq 300-dək çatdığı vurğulanıb.
Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov Fondun artıq üçüncü ildir ki, sosial həssas qruplardan olan gənclərin təhsilini dəstəkləyən "Qırmızı Ürəklər Təhsil Təqaüdü Proqramı"nı həyata keçirildiyini və bu günə qədər 51 nəfər tələbənin proqramdan yararlandığını qeyd edib. Yusif Poladov proqramın əsas məqsədinin savadlı və istedadlı gənclərin inkişafına dəstək olmaq, gələcəkdə cəmiyyətə faydalı vətəndaşlar yetişdirmək olduğunu vurğulayıb.
Qeyd edək ki, Qırmızı Ürəklər Fondunun başlatdığı "Onu oxut" ianə toplama aksiyası çərçivəsində 2024/2025-ci tədris ilindən etibarən Təhsilin İnkişafı Fondu ilə birgə 600-dən yuxarı bal toplamış 23 nəfər birinci kurs tələbəsinə təhsil müddətində aylıq 200 manat təqaüd veriləcəkdir.
Təhsilin vacibliyini ön planda saxlayaraq, gənclərin parlaq və ümid dolu gələcəyə doğru addımlamalarına kömək etmək istəyən hər kəsi bu təşəbbüsə dəstək verməyə, "Onu oxut" ianə toplama aksiyasına qoşulmağa dəvət edirik.
İanə etmək üçün keçid edin: https://t.ly/zVOkJ
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.
Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.
Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.
Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.