Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
Korporativ Sosial Məsuliyyət layihələri ilə vaxtaşırı gündəmə gələn Qırmızı Ürəklər Fondunun budəfəki təşəbbüsü 12 avqust Xəzər Günündə reallaşıb. Belə ki, Fond Kapital Bank-ın 150 illik yubileyi münasibətilə “Sıfır tullantı” Həmrəylik Marafonuna start verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kapital Bank-ın tərəfdaşlığı ilə baş tutan marafon Lənkəran şəhərində həyata keçirilib. Xəzər dənizinin sahilyanı ərazilərinin təmizlənməsinə Kapital Bank-ın Lənkəran-Astara iqtisadi rayonlarını əhatə edən filial şəbəkələrindən 70 nəfər əməkdaş könüllü olaraq qoşulub. Nəticədə ərazi 628 kq həcmində plastik və digər məişət tullantılarından təmizlənib.
Layihənin həyata keçirilməsində məqsəd dəniz sahillərinin, dağ, meşə ərazilərinin tullantılardan təmizlənməsi, cəmiyyətdə ətraf mühitə qarşı həssaslığı artırmaq və ekoloji maarifləndirməni gücləndirməkdir. Marafon çərçivəsində baş tutan tədbirdə fikirlərini bölüşən Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov layihədə iştirak edən təbiətsevərlərə təşəkkür edib. “Bu təşəbbüslər davamlı olmalıdır. Dünyamızın, ölkəmizin bizim və gələcək nəsillərin sağlam gələcəyi üçün həmrəy olmağımız şərtdir. Biz Fond olaraq bu mövzuda olan bütün layihələrdə yer almağa çalışır və hər kəsi ekologiyanın qorunmasına dəstək olmağa, ən azı öz üzərinə düşən məsuliyyəti dərk edərək ətraf mühiti qorumağa çağırırıq”.
Xatırladaq ki, Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası 12 avqust 2006-cı il tarixində qüvvəyə mindikdən sonra hər il bu tarix “Xəzər Günü” kimi qeyd olunur. Konvensiya Xəzəryanı dövlətlər arasında təbiəti mühafizə şərtlərinin əks olunduğu ilk hüquqi sazişdir.
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.
Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.
Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.
Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.