Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
26 iyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar Kapital Bank-ın əməkdaşlarının və Qırmızı Ürəklər Fondunun könüllülərinin Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə səfəri təşkil olunub.
26 iyun – Silahlı Qüvvələr Günü Kapital Bank-ın 44 günlük Vətən Müharibəsində iştirak edən əməkdaşları, Qırmızı Ürəklər Fondunun könüllüləri üçün bank tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya səfər təşkil edildi. Səfərin məqsədi bayramı günü-gündən dirçələn, Qarabağın tacı olan Şuşada qeyd etmək, igidlərimizin qanı və canı bahasına azad edilən yerləri canlı görmək idi.
Səfərin məqsədi bayramı günü-gündən dirçələn, Qarabağın tacı olan Şuşada qeyd etmək, igidlərimizin qanı və canı bahasına azad edilən yerləri canlı görmək idi. Səfərdə ikinci Qarabağ müharibəsində iştirak edən bankın əməkdaşları, fondun könüllüləri, müharibə zamanı orduya dəstək göstərən “arxa cəbhə qəhrəmanları” iştirak etdilər. Cıdır düzü, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini, Qala divarlarını, Gəncə qapısı, Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllər, ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində vəhşicəsinə dağıdılmış digər mədəniyyət abidələri, inzibati və yaşayış binaları səfər iştirakçıları tərəfindən ziyarət edildi.
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.
Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.
Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.
Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.