Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
Kapital Bank ətraf mühitin mühafizəsində yaxından iştirak edərək, korporativ sosial məsuliyyət strategiyasını uğurla davam etdirir. Bu istiqamətdə bankın fəaliyyətini həyata keçirən Qırmızı Ürəklər Fondu, Kapital Bank-ın 150 illik yubileyi münasibətilə “Sıfır tullantı” həmrəylik marafonuna Göygöl rayonunda start verdi.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Bundan əlavə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP 29) ölkəmizin ev sahibliyi etməsi, ətraf mühitin mühafizəsi mövzusunun ölkəmizdə əsas mövzulardan biri olduğunu göstərir.
Göygöl rayonunda baş tutan aksiyada Gəncə–Daşkəsən iqtisadi rayonunda fəaliyyət göstərən filial şəbəkələrindən 50-yə yaxın əməkdaş könüllü şəkildə iştirak edib. Tədbirin keçirilməsində məqsəd dəniz sahillərində, sahilyanı, dağ, meşə ərazilərində təmizliyə riayət olunmasını təbliğ etmək, məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq, ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində insanları cəlb etmək və hər kəsi öz atdığı tullantıları toplamağa sövq etməkdir.
Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov tədbirdə çıxış edərək: “Bu təşəbbüsün məqsədi ətraf mühitin qorunması istiqamətində maarifləndirmə və təbliğat işlərini gücləndirməkdir. Marafon iştirakçıları estafeti bir regiondan digər regiona ötürərək Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “Təmiz ölkəm” ümumrespublika təmizlik aksiyası çərçivəsində müxtəlif regionlarda təşkil olunacaq təmizlik aksiyalarında iştirak edəcəklər” O, həmçinin digər təşkilatları da sosial məsuliyyət strategiyalarına uyğun olaraq ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən, cəmiyyət üçün faydalı olan belə təşəbbüslərə qoşulmağa dəvət edib
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.
Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.
Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.
Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.