“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı

Proqram haqqında

Təhsilin İnkişafı Fondu ilə Qırmızı Ürəklər Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul açıq elan edilir. Proqrama ölkə üzrə bütün ali təhsil müəssisələrinin  I kursunda bakalavriat təhsili alan tələbə oğlan və qızlar müraciət edə bilərlər. Proqram çərçivəsində seçilmiş tələbələr aylıq təqaüd qazanmaq imkanı əldə edəcəklər.

Seçim şərtləri

  • Təqaüd proqramında iştirak etmək üçün tələb olunan meyarlar aşağıdakılardır:
  • Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
  • Azərbaycan Respublikasının elmi-müəssisə və təşkilatlarında əyani təhsilalma forması üzrə bakalavriat təhsili (1-ci kurs) almalıdır.
  • Ali təhsil müəssisəsinə minimum qəbul balı 600 olmalıdır.
  • Dərsdənkənar fəaliyyətdə aktiv olmalıdır (könüllü, sosial fəaliyyət və s.).
  • Aşağıdakı sosial kriteriyalardan birinə uyğun olmalıdır:
    – ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvü;
    – I, II və ya III dərəcə əlilliyi müəyyən edilmiş şəxslər;valideynləri olmayan və ya uşaq evində böyümüş şəxslər.
    – hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan şəxs:
    – I, II və ya III dərəcə əlilliyi müəyyən edilmiş şəxslər;işsiz kimi qeydiyyatda olanlar;iş yeri olmayan və yaşa görə əmək pensiyası alanlar;
    – iş yeri olmayan və yaşa görə sosial müavinət alanlar.

Qeyd: Yuxarıdakı sosial meyarlara cavab verən I kurs tələbələrinin seçimi zamanı qəbul imtahanında toplanılan bal əsas götürülür.

Seçim prosesi onlayn müraciətqiymətləndirmə və müsahibə mərhələlərindən ibarət olacaqdır. Seçim zamanı akademik göstəricilər və motivasiya məktubu nəzərə alınacaqdır. Yekun seçimdə müsahibə mərhələsində göstərilən nəticə əsas götürülür. Müsahibə zamanı namizədlərə hədəfləri, sosial vəziyyəti, fəaliyyəti, tələbələrin həyatı ilə bağlı suallar veriləcəkdir. Bütün mərhələlərdən uğurla keçən 23 tələbə aylıq 200 manat məbləğində təqaüd əldə edəcəkdir.

Müraciət forması

Bu linkə  keçid etməklə proqrama müraciət edə bilərsiniz.

Müraciət üçün son tarix: 15 dekabr 2024-cü il.

Qeyd: Təhsilin İnkişafı Fondunun təşkil etdiyi digər təqaüd proqramlarından yararlanmış şəxslər bu layihəyə müraciət edə bilməz.

Digər xəbərlər

Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı

Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.

Daha ətraflı

Şəhidlərin xatirəsinə "Vətən Bağı" ağacəkmə aksiyasina başlanılıb

"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.

Daha ətraflı

“Qarabağın səsi” ümumdünya xeyriyyə konserti keçirilib

Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.

Daha ətraflı

Kapital Bank və Qırmızı Ürəklər Fondu daun sindromlu şəxslər üçün yeni layihə həyata keçirir

Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.

Daha ətraflı

Görmə məhdudiyyətli uşaqlara audio kitablar təqdim edilib

Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.

Daha ətraflı