Atılan kiçik addımlar insanların həyatına böyük toxunuşlar edəcək qədər təsirli ola bilir

Qırmızı Ürəklər Fondu Qurban bayramı münasibətilə ölkənin 34 şəhər və rayonunu əhatə edən genişmiqyaslı “Qurban Payı” aksiyasını uğurla yekunlaşdırıb. Aksiya çərçivəsində aztəminatlı və sosial cəhətdən həssas kateqoriyaya aid olan 376 ailəyə qurban payı təqdim edilib.

“Qurban payı” aksiyası Qırmızı Ürəklər Fonduna edilən ianələr vasitəsilə həyata keçirilib. Birbank mobil tətbiqindən və redhearts.az veb-saytı üzərindən aparılan ianə toplama kampaniyası nəticəsində 1049 ianəçinin dəstəyi ilə 8975 AZN ianə toplanılıb.

Aksiyanın həyata keçirilməsində Kapital Bank-ın 52 könüllüsü fəal iştirak edib. Bayram payları könüllülər vasitəsilə yardıma ehtiyacı olan ailələrə çatdırılıb.

Fond ənənəvi olaraq təşkil olunan bu aksiya ilə bayram günlərində yardıma ehtiyacı olan ailələrin sevincinə şərik olmağı, eyni zamanda cəmiyyətin hər bir fərdinə sosial məsuliyyət və həmrəylik hissini aşılamağı hədəfləyir.

Ətraflı məlumat üçün link: https://rb.gy/5ked6i

Digər xəbərlər

Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı

Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.

Daha ətraflı

Şəhidlərin xatirəsinə "Vətən Bağı" ağacəkmə aksiyasina başlanılıb

"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.

Daha ətraflı

“Qarabağın səsi” ümumdünya xeyriyyə konserti keçirilib

Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.

Daha ətraflı

Kapital Bank və Qırmızı Ürəklər Fondu daun sindromlu şəxslər üçün yeni layihə həyata keçirir

Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.

Daha ətraflı

Görmə məhdudiyyətli uşaqlara audio kitablar təqdim edilib

Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.

Daha ətraflı