“Qırmızı Ürəklər” Ramazan ayı münasibətilə xeyriyyə aksiyası təşkil etdi

Qırmızı Ürəklər Fondu ənənəvi olaraq həyata keçirtdiyi aksiya çərçivəsində xeyirsevər insanların ianələri sayəsində 219 aztəminatlı ailəni ziyarət edib, onlara “Ramazan Payı” çatdırıblar 

Fond sosial müdafiəyə ehtiyacı olan ailələrə köməklik göstərilməsi bağlı təşəbbüsünü müqəddəs Ramazan bayramı ərəfəsində də davam etdirib. Aksiya çərçivəsində "Qırmızı Ürəklər" könüllüləri tərəfindən sosial müdafiəyə ehtiyacı olan 219 ailə ziyarət edilib və onlara gündəlik tələbatları üçün lazım olan ərzaq məhsullarından ibarət  bayram sovqatları çatdırılıb.

Bir müddət öncə Novruz bayramında da könüllülər Azərbaycanın bir çox bölgələrində xüsusi qayğıya ehtiyacı olan ailələrə baş çəkib, gündəlik ərzaq məhsullarından ibarət sovqat təqdim ediblər. Bundan əlavə ianəçilərin xüsusi istəyilə 60 nəfərlik uşaq internat məktəbində  5 dəfə iftar məclisi təşkil edilib. 

Qeyd edək ki, “Kapital Bank” əməkdaşlarında ibarət olan könüllülər qrupu öz fəaliyyətini tək bayramlarda deyil, il ərzində müxtəlif xeyirxah təşəbbüslər çərçivəsində davam etdirir. Xeyriyyəçilik missiyasının tərkib hissəsi kimi mütəmadi şəkildə aztəminatlı ailələrə maddi və mənəvi dəstəklərini əsirgəmirlər, onlar daimi olaraq təşkilatın diqqətindədirlər.

Digər xəbərlər

Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı

Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.

Daha ətraflı

Şəhidlərin xatirəsinə "Vətən Bağı" ağacəkmə aksiyasina başlanılıb

"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.

Daha ətraflı

“Qarabağın səsi” ümumdünya xeyriyyə konserti keçirilib

Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.

Daha ətraflı

Kapital Bank və Qırmızı Ürəklər Fondu daun sindromlu şəxslər üçün yeni layihə həyata keçirir

Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.

Daha ətraflı

Görmə məhdudiyyətli uşaqlara audio kitablar təqdim edilib

Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.

Daha ətraflı