Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
Qırmızı Ürəklər Fondu, “Onlar Bizə Əmanətdir” layihəsi ilə ənənəsinə sadiq qalaraq şəhid övladlarına sevinc bəxş etməyə davam etdi. Layihənin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin övladlarına mənəvi dəstək göstərmək, onlara cəmiyyətin diqqət və qayğısını hiss etdirməkdən ibarət olub.
Layihə “Kapital Bank”, “PMD Group”, “PashaPay”, “PASHA Investments”, “PASHA Technology”, “PASHA Life” və “PASHA Bank” kimi nüfuzlu tərəfdaşların dəstəyi ilə həyata keçirilib. Layihə çərçivəsində “Azərpoçt”un dəstəyi ilə 16 yaşadək olan 1800-ə yaxın şəhid övladına bayram hədiyyələri təqdim edilib.
Layihənin həyata keçirilməsində Qırmızı Ürəklər Fondunun könüllüləri fəal iştirak ediblər. Hədiyyələrin siyahısının hazırlanmasında isə yerli icra hakimiyyəti orqanlarının dəstəyi xüsusi rol oynayıb.
Uşaqlarına sevinc dolu anları ilə daha yaxından tanış olmaq üçün keçid edin: https://www.youtube.com/watch?v=NLUhtJJqLHE
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.
Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.
Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.
Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.