Regionlarda idmanın inkişafı üçün sosial tərəfdaşlıq: “Qırmızı Ürəklər Fondu” və Cüdo Federasiyası əməkdaşlığa başlayıb

Azərbaycan idmanında sosial məsuliyyət istiqamətində mühüm addım atılıb.

Regionlarda idmanın inkişafı üçün sosial tərəfdaşlıq: “Qırmızı Ürəklər Fondu” və Cüdo Federasiyası əməkdaşlığa başlayıb

Azərbaycan idmanında sosial məsuliyyət istiqamətində mühüm addım atılıb.

“Qırmızı Ürəklər Fondu”, Azərbaycan Cüdo Federasiyası və “Judo SC” MMC arasında “DOJO AZƏRBAYCAN – Regionlarda Cüdonun İnkişafı Proqramı” çərçivəsində üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi “Qırmızı Ürəklər Fondu”nun prezidenti Yusif Poladov, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu və “Judo SC” MMC-nin nümayəndəsi Fərid Muxtarov imzalayıblar.

Bu əməkdaşlıq ölkənin müxtəlif bölgələrində cüdo idmanının inkişafına dəstək verməklə yanaşı, gənclərin sağlam və aktiv həyata yönləndirilməsini, inklüziv idman mühitinin yaradılmasını və regionlarda sosial inteqrasiyanın gücləndirilməsini hədəfləyir.

Proqram çərçivəsində müasir standartlara cavab verən cüdo zalları (dojo) yaradılacaq və zallar gənc idmançılar üçün zəruri avadanlıqlarla təmin olunacaq. Bu təşəbbüs idman infrastrukturunu inkişaf etdirməklə yanaşı, həm də gənclərin fiziki, mənəvi və sosial inkişafına yönəlmiş dayanıqlı bir model formalaşdıracaq.

Layihə haqqında fikirlərini bölüşən Yusif Poladov bu əməkdaşlığı Azərbaycan idmanında sosial məsuliyyət mədəniyyətinin inkişafı baxımından əlamətdar hadisə adlandırıb. O qeyd edib ki, ianəçilik və icma dəstəyinə əsaslanan layihələr sosial həmrəyliyin güclənməsinə, sağlam düşüncəli nəsillərin formalaşmasına xidmət edir.

Rəşad Rəsullu isə layihənin regionlarda cüdonun inkişafı üçün geniş imkanlar açacağına inamını vurğulayıb. O qeyd edib ki, bu əməkdaşlıq sağlam, güclü və mübarizə ruhlu gənclərin, həm də peşəkar idmançı kimi formalaşdırılması yolunda atılan mühüm addımdır.

Yeni əməkdaşlıq Azərbaycanın idman həyatında sosial məsuliyyət, vətəndaş dəstəyi və regional inkişaf prinsiplərini bir araya gətirən mühüm təşəbbüs kimi dəyərləndirilir.

Qeyd edək ki, “Red Hearts” – “Qırmızı Ürəklər Fondu” 2020-ci ildə “Kapital Bank”ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.

Digər xəbərlər

Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı

Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.

Daha ətraflı

Şəhidlərin xatirəsinə "Vətən Bağı" ağacəkmə aksiyasina başlanılıb

"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.

Daha ətraflı

“Qarabağın səsi” ümumdünya xeyriyyə konserti keçirilib

Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.

Daha ətraflı

Kapital Bank və Qırmızı Ürəklər Fondu daun sindromlu şəxslər üçün yeni layihə həyata keçirir

Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.

Daha ətraflı

Görmə məhdudiyyətli uşaqlara audio kitablar təqdim edilib

Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.

Daha ətraflı