Növbəti “Sıfır Tullantı” Həmrəylik Marafonu Qazax-Tovuz iqtisadi rayonunda təşkil olunub

Qırmızı Ürəklər Fondunun və Kapital Bank-ın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə növbəti “Sıfır Tullantı” Həmrəylik Marafonu təşkil olunub.

Şəmkir rayonunun Kür qəsəbəsində, Şəmkir su anbarının ətrafında baş tutan aksiyada ümumilikdə 750 kiloqram məişət tullantısı toplanaraq aidiyyatı üzrə təhvil verilib. Ərazinin təmizlənməsinə Kapital Bank-ın Qazax-Tovuz iqtisadi rayonlarını əhatə edən filial şəbəkələrindən 33 nəfər əməkdaş könüllü olaraq qoşulub.

Layihənin əsas məqsədi cəmiyyətimizdə ekoloji savadlılığın və ətraf mühitə qarşı həssaslığın artırılması, sahilyanı, dağ, meşə ərazilərində təmizliyə riayət olunmasının təbliği, eləcə də hər kəsin təbiətə qarşı daha məsuliyyətli davranmağa təşviq edilməsidir.

Qeyd edək ki, 2024-cü il “Yaşıl Dünya Naminə Həmrəylik İli”ndə Qırmızı Ürəklər Fondu  və Kapital Bank tərəfindən start götürən marafon geniş coğrafiyanı əhatə edərək bu günədək Gəncə-Daşkəsən, Lənkəran–Astara, Mərkəzi Aran, Şəki–Zaqatala, Bakı və Quba-Xaçmaz iqtisadi rayonlarında həyata keçirilib.

Ətraflı məlumat: https://shorturl.at/4fpoi

 

Digər xəbərlər

Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı

Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.

Daha ətraflı

Şəhidlərin xatirəsinə "Vətən Bağı" ağacəkmə aksiyasina başlanılıb

"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.

Daha ətraflı

“Qarabağın səsi” ümumdünya xeyriyyə konserti keçirilib

Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.

Daha ətraflı

Kapital Bank və Qırmızı Ürəklər Fondu daun sindromlu şəxslər üçün yeni layihə həyata keçirir

Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.

Daha ətraflı

Görmə məhdudiyyətli uşaqlara audio kitablar təqdim edilib

Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.

Daha ətraflı