“Tarix yazan qəhrəmanlarımız” layihəsi davam edir

Qırmızı Ürəklər Fondu xeyriyyəçilik missiyasına sadiq qalaraq sosial layihələr həyata keçirməyə davam edir. Belə ki, Fond “Tarix yazan qəhrəmanlarımız” layihəsi çərçivəsində ötən gün Cəlilabad, Yevlax, Kürdəmir rayonlarından olan şəhid və qazi ailələrini sevindirib. 10 ailə tam təmirli, müasir standartlara cavab verən fərdi yaşayış evləri ilə təmin edilib.

Evlərin açarlarının təqdim olunması zamanı çıxış edən Fondun prezidenti Yusif Poladov layihənin önəmindən və cəmiyyətdə yaratdığı dəyərdən danışıb. “Şəhidlərimiz, qazilərimiz bizim qürur mənbəyimizdir. Dövlətimiz qazilərə və şəhid ailələrinə xüsusi qayğı göstərir. Bununla yanaşı bizim kimi xeyriyyəçilik missiyası daşıyan fondların, qurumların bu mözvuya həssas yanaşması, onları hər zaman diqqət mərkəzində saxlaması olduqca vacibdir. Ona görə də biz hər zaman sizin yanınızda olacağıq. Biz, ürəkləri birləşdirərək daha güclü və həmrəy Azərbaycan üçün çalışırıq”.

Qeyd edək ki, “Tarix yazan qəhrəmanlarımız” layihəsi çərçivəsində  2023-2024-cü illər ərzində Kürdəmir, Yevlax, Cəlilabad, Salyan, Zaqatala, Gədəbəy rayonlarında donorların dəstəyi ilə ümumilikdə 30 fərdi yaşayış evi istifadəyə verilib. Onlardan 16-sı şəhid ailələrinə, 14-ü isə Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Digər xəbərlər

Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı

Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.

Daha ətraflı

Şəhidlərin xatirəsinə "Vətən Bağı" ağacəkmə aksiyasina başlanılıb

"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.

Daha ətraflı

“Qarabağın səsi” ümumdünya xeyriyyə konserti keçirilib

Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.

Daha ətraflı

Kapital Bank və Qırmızı Ürəklər Fondu daun sindromlu şəxslər üçün yeni layihə həyata keçirir

Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.

Daha ətraflı

Görmə məhdudiyyətli uşaqlara audio kitablar təqdim edilib

Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.

Daha ətraflı