"Təmiz mühit, təmiz gələcək" sahilyanı təmizlik aksiyası keçirilib

Qırmızı Ürəklər Fondu könüllülərin və məktəblilərin iştirakı ilə "Təmiz mühit, təmiz gələcək" sahilyanı təmizlik aksiyası keçirib.

Beynəlxalq Sahilyanı Təmizlik günü, eyni zamanda, çimərlik mövsümünün bitməsi ilə əlaqədar Qırmızı Ürəklər Fondu və Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Kapital Bankın dəstəyi ilə təşkil edilən təmizlik aksiyası Novxanı çimərliyi ərazisində baş tutub.

Sözügedən aksiyaya Fondun könüllüləri, Kapital Bankın təbiətsevər əməkdaşları, məktəblilər olmaqla ümumilikdə 60 nəfərdən çox könüllü qoşulub.

Novxanı çimərliyində keçirilmiş tədbirin əsas məqsədi ətraf mühitin qorunması, məişət tullantılarına qarşı mübarizə, cəmiyyətin bununla bağlı maarifləndirilməsidir. Novxanı çimərliyinin 1 hektara yaxın sahil zolağı plastik və digər tullantılardan təmizlənib.

 

Digər xəbərlər

Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı

Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.

Daha ətraflı

Şəhidlərin xatirəsinə "Vətən Bağı" ağacəkmə aksiyasina başlanılıb

"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.

Daha ətraflı

“Qarabağın səsi” ümumdünya xeyriyyə konserti keçirilib

Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.

Daha ətraflı

Kapital Bank və Qırmızı Ürəklər Fondu daun sindromlu şəxslər üçün yeni layihə həyata keçirir

Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.

Daha ətraflı

Görmə məhdudiyyətli uşaqlara audio kitablar təqdim edilib

Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.

Daha ətraflı