"Təmiz Mühit, Təmiz Gələcək" çimərlik təmizləmə aksiyası keçirilib

Aksiya çərçivəsində Novxanı ərazisində 1 ha sahə plastik qablardan və digər tullantılardan təmizlənib.

Qırmızı Ürəklər Fondu ətraf mühitin qorunması və bərpası istiqamətində atılan addımlar çərçivəsində Kontakt Home-la birgə çimərlik sezonunun bitməsi ilə əlaqədar təmizlik aksiyası keçirib. Layihə daxilində Novxanı ərazisində 1 ha çimərlik sahili ərazi plastik və məişət tullantılarından təmizlənib.

Aksiyanın əsas hədəfi insanlara təbiəti təmiz saxlamağa sövq etmək, həmçinin ictimai yerlərdə tullantıların azaldılmasını insanlara aşılamaqdır. Fondun fəal üzvləri və Kontakt Home təbiətsevərləri ümumilikdə 80 torba plastik qablardan və digər tullantılardan ibarət zibili çimərlik ərazisindən təmizləyib. Sağlam gələcək naminə atılan belə addımlar təbiətlə aramızdakı bağları möhkəmləndirmək məqsədi daşıyır.

Qeyd edək ki, Qırmızı Ürəklər Fondunun yaradılmasında əsas məqsəd cəmiyyətimiz üçün faydalı işlər görməkdir. Üzvlərinin əksəriyyəti, Kapital Bank-ın könüllü əməkdaşlarından ibarət olan fondun əsas fəaliyyət istiqaməti uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardım etməkdir.

Digər xəbərlər

Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı

Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.

Daha ətraflı

Şəhidlərin xatirəsinə "Vətən Bağı" ağacəkmə aksiyasina başlanılıb

"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.

Daha ətraflı

“Qarabağın səsi” ümumdünya xeyriyyə konserti keçirilib

Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.

Daha ətraflı

Kapital Bank və Qırmızı Ürəklər Fondu daun sindromlu şəxslər üçün yeni layihə həyata keçirir

Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.

Daha ətraflı

Görmə məhdudiyyətli uşaqlara audio kitablar təqdim edilib

Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.

Daha ətraflı