Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
Birinci və İkinci Qarabağ müharibəsində vətən uğrunda həyatını qurban vermiş qəhrəman şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə Şamaxı və Qobustan rayonlarında ağacəkmə aksiyası keçirildi.
Xəbər verdiyimiz kimi, Qırmızı Ürəklər Fondu birinci və ikinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın xatirəsini əbədiləşdirmək məqsədilə ölkənin bir sıra rayonlarında “Vətən Bağı” layihəsini həyata keçirməyə başlayıb. Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilir.
Bu dəfə ağacəkmə aksiyası "Fairmont Baku" Hotel, Kapital Bank ilə birgə Şamaxı və Qobustan rayonlarında həyata keçirildi. Beləliklə, layihə çərçivəsində şəhidlərinin sayına uyğun olaraq Şamaxıda 120, Qobustanda 65 ağac əkilərək "Vətən Bağı" salındı. Tədbirdə Kapital Bank-ın, "Fairmont Baku" Hotel-in, Qırmızı Ürəklər Fondunun əməkdaşları, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və könüllülər iştirak edib. Ağacəkmə aksiyası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının dəstəyi ilə keçirilib.
“Vətən Bağı” əsasən insanların sıx olduğu yerlərdə, parklarda və şəhərin mərkəzlərində təşkil olunur. Əkilən ağaclara qulluq olunması, suvarlanması və digər lazımi tədbirlər yerli icra hakimiyyəti orqanları və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilir.
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.
Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.
Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.
Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.