Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
Hər zaman xeyirxah əməllər həyata keçirən, minlərlə insana maddi və mənəvi dəstək göstərən, Qırmızı Ürəklər (Red Hearts) Fondu bu dəfə təhsil sahəsinə töhfə verərək sosial aksiya həyata keçirdi. Bununla bağlı Azərbaycan Dövlət Pedoqoji Universitetində (ADPU) “Campbell Biologiya” kitabının təqdimat tədbiri baş tutdu.
Tədbir zamanı universitetlərin elmi kitabxanasına biologiya elmi öyrənənlər üçün nəzərdə tutulan, dünyaca məşhur “Campbell Biologiya” kitabı təqdim edildi. Qırmızı Ürəklər Fondunun tərəfdaşı olan “Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzi”nin və “Yurt Center”in dəstəyi ilə tərcümə edilən və fond tərəfindən nəşr olunan “Campbell Biologiya” kitabını universitetin müəllim və tələbələri istifadə edə biləcəklər.
Tədbirdə Qırmızı Ürəklər Fondunun prezidenti Sevda Haqverdiyeva, “Habitat Tərcümə Layihəsi”nin həmtəsisçisi Araz Zeyniyev, ADPU-nun tədris departamentinin direktoru Sənan Əliyev, ADPU-nun Kimya və biologiya fakültəsində dekanı Reyhan Ağayeva və digərləri çıxış etdilər.
“Fondun bu təşəbbüsü dünyanın qabaqcıl universitetlərində tədris olunan bu kitabı Azərbaycan elminə qazandırmaqdır. Məqsəd bu kitablar vasitəsilə təhsil keyfiyyətinin yuxarı qalxmasını dəstək göstərməkdir. Layihə çərçivəsində kitabın Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin müəllim və tələbələri, həmçinin ölkənin elm ictimaiyyətinin nümayəndələri arasında pulsuz paylanması nəzərdə tutulub. “Campbell Biologiya” indiyə qədər alman, fransız, italyan, türk, fars kimi dillər də daxil olmaqla dünyanın 19 dilinə tərcümə olunub. Çox qürurverici haldır ki, bizim tələbələrimiz, elm ictimaiyyəti biologiya sahəsində olan biliklərə ana dilimizdə yiyələnə biləcək, bu onlar üçün daha əlçatan olacaq. Əminəm ki, kitab ölkəmizdə biologiya elminə maraq göstərən hər kəsə fayda gətirəcək, bioloqların stolüstü kitabına çevriləcək”, - deyə, “Qırmızı Ürəklər” Fondunun prezidenti Sevda Haqverdiyeva bildirdi.
Qeyd edək ki, “Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.
Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.
Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.
Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.