2019-cu ilin sonlarında “Kapital Bank”ın könüllü əməkdaşları tərəfindən təşəbbüs qrupu kimi yaradılan, daha sonra isə fəaliyyətini fond olaraq davam etdirən “Qırmızı Ürəklər” ehtiyacı olan insanların həyatına, həyatın müxtəlif sahələrinə dəyər qatmağa çalışır. “Qırmızı Ürəklər” Fondu “Tarix yazan qəhrəmanlar”, “Vətən Bağı”, “Hər şey mümkündür” və bir sıra digər sosial layihələri keçirməklə yanaşı, şəhid ailələrinə və qazilərə, uşaq evlərinə və sığınacaqlara, aztəminatlı ailələrə dəstək göstərir. “Qırmızı Ürəklər” və onun gördüyü işlər barədə məlumat almaq üçün Fondun prezidenti Sevda Haqverdiyevadan müsahibə aldıq.
Daha ətraflı