Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü ilə həyata keçirilən “Təmiz ölkəm” təmizlik aksiyasına “Kapital Bank” ASC və “Qırmızı Ürəklər” Fondu da qoşulub. Ötən həftəsonu baş tutan aksiya çərçivəsində bankın əməkdaşlarından ibarət fondun könüllüləri Xəzərin Hövsan sahili ərazisinin tullantılardan təmizlənməsində iştirak ediblər.
Təşkil olunan ekoloji aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Suraxanı Rayon İcra Hakimiyyətinin, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, Hövsan qəsəbəsi bələdiyyəsinin, “Saipem” və “Bahar Energy” şirkətlərinin əməkdaşları, Aqrar İnkişaf könüllüləri və Eko könüllülər iştirak ediblər. Həmçinin aksiyaya sahil zonasında istirahət edən sakinlər də qatılıblar.
Aksiya zamanı ümumilikdə 4 hektar sahədən 1,2 tondan artıq məişət tullantısı təmizlənərək ərazilərdən daşınıb.
“Qırmızı Ürəklər” Fondunun vitse-prezidenti Yusif Poladov bildirib ki, təmizlik aksiyasının keçirilməsində məqsəd Xəzərin sahilboyu ərazilərində təmizliyə riayət olunmasını təbliğ etməklə sahil zonalarının plastik və məişət tullantıları ilə çirkləndirilməsinin qarşısını almaqdır. O, vətəndaşlarımızı sosial məsuliyyətli olmağa, təbiətimizə qayğı ilə yanaşmağa çağırıb.
“Qırmızı Ürəklər” 2019-cu ildə “Kapital Bank”ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda fond kimi fəaliyyət göstərən təşkilat əsasən uşaq evlərinə, sığınacaqlara və ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.
Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.
Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.
Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.